İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atam can üstə olanda məni görmək istədi, GETMƏDİM"

Müğənni Günel Ələkbərova açıqlamaları ilə diqqət çəkib.

Ailəsindən danışan sənətçi dünyasını dəyişən atasını qınayıb.

Ələkbərova həyatında baş verən bütün xoşagəlməz hadisələrin səbəbini atasında gördüyünü bildirib:

"Bu barədə danışmaq istəmirəm. Onun həyatda olmamağı məni məyus etmir. Atamdan heç bir sevgi və qayğı görməmişəm. Həyatımda baş verənlər atasızlıqdan olub. Nəsə düz getməyəndə, həmişə onu günahlandırıram. Dünyasını dəyişsə də, heç vaxt onu bağışlamayacağam. Yaxşı insan övladını atmaz.

Zəng vurub demişdilər ki, can üstündədir səni görmək istəyir. Əlbəttə ki, getmədim. Uşaqlıqdan onu tanımırdım"./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR