İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu marşrut xəttindən şikayət var - 40 dəqiqə gecikmə ilə...

Bu gün hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatda çətinliklər yaşanır.

Musavat.com xəbər verir ki, müntəzəm marşrut xətlərinin bəzilərinin qrafikində ciddi ləngimə müşahidə olunur.

Saytımıza 35 saylı müntəzəm marşrut xətti üzrə şikayət daxil olub.

Gülarə Zülfüqarova bildirib ki, son zamanlar 35 saylı marşrutun qrafiki ciddi narahatlıq yaradır: "Təkcə bu gün yox, ümumiyyətlə, son 1 ay ərzində ləngimə çox olur. Mən "Bravo" hipermarketə (Ramiz Quliyev 4) yaxın dayanacaqda gözləyirəm. Əvvəllər 10, uzağı 15 dəqiqədən bir gəlirdi avtobus. Axır vaxtlar bəzən yarım saata qədər gözləməli oluram. Yolum Razinə (Rəsulzadə qəsəbəsi - red.) olduğu üçün alternativ marşrut da yoxdur. Bu gün ən azı 40 dəqiqə dayanacaqda dayanmışam. "Qaynar xətt"ə də şikayət etmişəm. Belə olmaz. Onsuz da yağış yağır, yolda tıxac olur, evdən 15 dəqiqə tez çıxdım ki, işə vaxtında çatım, amma yenə də gecikdim. İlk dayanacaqda 3-4 avtobus dayanır, biz isə dayanacaqda yağışın altında qalmışıq".

TURAL METBUAT.jpg (306 KB)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Musavat.com-un sorğusuna cavabda bildirib ki, 35 nömrəli marşrut üzrə 12 ədəd avtobus 9 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir: "Lakin bu gün hava şəraiti ilə əlaqədar yollarda yaranan tıxac marşrutun hərəkət cədvəlinin pozulmasına və intervalda artıma səbəb olub. Xüsusən Qara Qarayev prospektində, Məhəmməd Hadi və Yavər Əliyev küçələrində günün pik saatlarında yaranan nəqliyyat sıxlığı avtobusların ciddi ləngiməsinə gətirib çıxarır. Belə olan halda pozulmuş qrafik nəticəsində son dayanacaqlarda avtobusların yığılması müşahidə oluna bilər. Dispetçerlər tərəfindən avtobusların nizamlı fəaliyyətinin bərpası və qrafikə uyğun hərəkətləri üçün tədbir görülür".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR