Onlayn ictimai-siyasi qəzet
İranlı deputat Fədahüseyn Maleki Moskvanın “Azərbaycanı erməni keçid məntəqələri olmadan Naxçıvanla birləşdirmək üçün nəzərdə tutulan “Zəngəzur dəhlizi”nin yaradılmasını dəstəkləməsindən sonra Rusiyanın İrana qarşı ziddiyyətli siyasət yürütməsindən” şikayətlənib.
Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər yayıb. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Fədahüseyn Mələki “Tasnim” xəbər agentliyinə müsahibəsində deyib ki, İran Moskvanın Tehranla münasibətlərində paradoksal davranışlardan çəkinməsini gözləyir. “İran diplomatiyası Rusiya prezidentinin Zəngəzur dəhlizinə dəstək verən son mövqeyinə qəti cavab verəcək”, - deyən deputat əlavə edib ki, İranın milli maraqları heç bir təhlükə ilə keçilə bilməyən qırmızı xətdir.
Maleki Rusiyanın regional məsələlərdə ikili standartlarını və “Zəngəzur dəhlizi” yaratmaq istəyini “arxadan zərbə” adlandırıb və bildirib ki, bu da İran üçün qətiyyən qəbuledilməzdir. İranın regional təhlükəsizliyin yaradılmasında danılmaz rolunu və İranın iştirakı olmadan qonşu ölkələr arasında aparılan danışıqların zəifliyini vurğulayan deputat deyib ki, Tehran marjinallaşdırılarsa və ya sərhədləri təhdid edilərsə, “həlledici cavab” nümayiş etdirəcək. Maleki deyib ki, Rusiya Fars körfəzindəki üç İran adası ilə bağlı mövqeyindən sonra İrandan sərt cavab alıb, lakin Zəngəzur dəhlizi ilə bağlı eyni davranışı təkrarlayır. İran rəsmiləri dəfələrlə beynəlxalq sərhədlərdə və ya regionda geosiyasətdə istənilən dəyişikliyə qarşı çıxış ediblər.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ