Onlayn ictimai-siyasi qəzet
BMT Təhlükəsizlik Şurası beynəlxalq terror təşkilatlarına dəstək verən şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Musavat.com xəbər verir ki, sanksiya siyahısına Liviya, Tunis, Küveyt və Tacikistan vətəndaşları daxil edilib.
Təşkilatın məlumatına görə, həmin şəxslər ekstremistlərin maliyyələşdirilməsi, cəlb edilməsi və logistikasında iştirak ediblər.
Sanksiyalar çərçivəsində onların bütün maliyyə aktivləri dondurulacaq, beynəlxalq səfərləri qadağan ediləcək və silah tədarükünə embarqo tətbiq olunacaq.
Musavat.com
25 Avqust 2025
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ