İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizim ən böyük düşmənimiz… - Paşinyan

“Bizim ən böyük düşmənimiz bütün sahələrdə özünü göstərən cinayət təfəkkürüdür. O, bizim bir nömrəli düşmənimizdir”.

Musavat.com Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Göyçə mahalında Patrul Xidmətinin işə başlaması mərasimində deyib.

“Niyə ölkəmizdə fəlakətlər tez-tez baş verir? Çünki çox vaxt deyirik ki, yaxşı, susaq, biz danışan tip deyilik, yazan da deyilik. Lakin cinayət barədə məlumat vermək hər bir vətəndaşın və polis əməkdaşının işidir”, - o bildirib.

Paşinyan deyib ki, Göyçə mahalında növbəti mərhələdə sahil və su patrul xidməti də işə başlayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR