İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda toyda müğənni və sürücüsü döyülüb

Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.

DİN-dən Musavat.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR