Onlayn ictimai-siyasi qəzet
“Bəzən insanlar deyir ki, sudan xlor iyi gəlir. Biz bunu vətəndaşın təhlükəsizliyi təmin olunsun deyə edirik. Suyun zərərsizləşdirilməsi texnologiyalarından istifadə olunur. Bu mövzuda hansısa boşluğa yol versək, insanlarda kütləvi sürətdə problemlər yaranar”.
Musavat.com xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ikinci mərhələdə suyun daha təhlükəsiz zərərsizləşdirilməsi qurğularının tətbiqinə başlanılıb.
“Mərkəzləşmiş su təchizatı sistemi mənbədən başlamış evlərə suyun verilməsinə kimi bütün prosesləri diqqətlə həyata keçirir.
Şahanə Rəhimli
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ