Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan millisinin 8 idmançısından 7-si yarışı medalla başa vurub.
"Report" xəbər verir ki, komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, yığma iyulun 10-da Bakıya qayıdacaq.
25 Aprel 2025
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ