İnsanlara hürriyət, millətlərə istiqlal!

AZADLIQ və “azadlıq” - Mir Şahinin yazısı

Belə olur.

…Bax budur ipi özgəsinin əlində olan azadlıq…

-Ba-bax! … və yoxdur o “azadlıq”.

-Sosial şəbəkələri azadlıq meydanı kimi təqdim edirlər. Nə istəyirsən danış, yaz. Gerçək azadlıq buymuş)?!

Və:

-Baxın indi psevdoazadlıqpərvərlərin sosial hesablarına: görün qaralı, “ağlı”, fərqi yoxdur, hansısa güruhbaşı, güruhqırığı ya Metanı, ya Mark Zuckerberg-in özünü söz azadlğını boğmaqda günahlandırırmı?

-Yox!

-Görməzsiniz!

-Çünki hamısı- O-nlardan Asılı qalmış çərpələnglərdir.

-Baxın-həmin zavallılar bu “virtual təbii fəlakətə” necə qılıqcıllıqla, ehtiyatla, barmaqlarının ucunda yanaşırlar... -Qorxa-qorxa…

-Yalmana-yalmana…

…riyakarcasına irişərək…

-Sanki Mark metronun yaylı qapılarını arxasına baxmadan əlindən buraxıbmış(

-Yaxud dəhlizdən keçəndə ayaqyolunun işığın təsadüfən söndürübmüş: içəridə adam olduğunun fərqinə varmadan.

…Təxminən belə.

…Ya da sanki ümumiyyətlə heç nə olmayıbmış: guya sıradan bir xəta baş verib… vəssəlam.

Əslində isə bu hadisə özgəsinin uzatdığı “azadlıq”ların nə qədər etibarsız olduğuna işarədir.

Əslində isə bu hadisə bizim öz AZADLIĞIMIZIN nə qədər qiymətli olduğuna işarədir.

Sosial Şəbəkələrin çökmə prosesi təxminən-19-00-dan təqribən 20-00-ədək çəkdi. Eynilə sentyabr-antiterror əməliyyatının rəqəmlərinə bənzər şəkildə: 19-dan 20-dək.

Bircə saat!

Onların 19-dan 20-yə qədəri

Bizim 19-dan 20-yə qədərimiz!

Müqayisə edək:

Hesab edək ki, 5 Mart Bir Saatı bizə Müstəqilliyimizin, Azadlığımızın nə qədər Dəyərli, nə qədər Həyati Əhəmiyyətli olması mövzusunda düşünməkdən ötrü verilmişdi…

Bu hər birimizin düşünmək saatı idi.

Düşünək!

Sadəcə düşünək..

Bakı Vaxtilə.

Müstəqil, Azad Dövlətimizin Zamanı ilə!

SAHİN.jpg (64 KB) 

Mir Şahin Ağayev

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR