İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat güllələnib ÖLDÜRÜLDÜ - ŞOK detal üzə çıxdı - FOTO

Keniyanın Kasipul bölgəsini təmsil edən deputat Çarlz Onqondo Vere Nayrobidə güllələnərək öldürülüb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxtın yolayrıclarından birində baş verib.

Şahidlər iki motosikletli şəxsin hücum etdiyini bildirir. Onlardan biri Vereyə yaxın məsafədən atəş açıb və hər iki şəxs hadisə yerindən qaçıb. Deputatın sürücüsü xəsarət almayıb. Polis hadisəyə müdaxilə etsə də, hücumçuları saxlaya bilməyib. Vere xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Cinayətin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, deputat iki ay əvvəl həyatının təhlükədə olduğunu demişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR