İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya hakimiyyəti druzlarla atəşkəs elan etdi

Dürzilərin məskunlaşdığı Dəməşqin ətraf bölgələrində - Jaramana və Sahnada iki gün davam edən qarşıdurmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib.

Musavat.com xəbər verir ki, məlumatı Suriya telekanalı yayıb.

Bildirilir ki, atəşkəs qərarını Əs-Suveyda əyalətinin qubernatoru Mustafa əl-Bakur ölkənin hakimiyyət orqanlarının nümayəndə heyətinin Druz icmasının ağsaqqalları ilə Dəməşq yaxınlığında keçirilən görüşündən sonra açıqlayıb: “Suriya təhlükəsizlik qüvvələrinin patrullarına 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumlar törədən cinayətkarların hüquq-mühafizə orqanlarına ekstradisiyasına dair razılıq əldə olunub”. Qubernatorun sözlərinə görə, iclas iştirakçıları həmçinin İsrailin Dəməşqin cənubunda "vətəndaş qarşıdurması törətmək məqsədi daşıyan" hadisələrə müdaxiləsini pisləyiblər.

Qeyd edək ki, aprelin 30-da səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Dəməşqin cənub-qərb ətraflarında asayişi bərpa etmək üçün əməliyyatda iştirak edən Suriyanın təhlükəsizlik qüvvələrinə zərbələr endirib.

Daha sonra İsrail druzlara qarşı əməliyyatların dayandırılmasını tələb edib, onları qoruyacağını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR