Onlayn ictimai-siyasi qəzet
Cəzasızlıq yeni, daha çirkin təzahürləra yol açır.
“Report” “Aysor.am”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının deputatı Lilit Qalstyan ölkədə indiki hakimiyyətin dövründə formalaşmış əxlaq, xüsusilə Nor Nork şəhərinin meri Tiqran Ter-Marqaryanın və rayon administrasiyasının əməkdaşlarının fəal Artur Çaxoyana qarşı zorakılıq halları barədə özünün sosial şəbəkədəki hesabında yazıb.
“Normal ölkədə bu hadisəyə hüquqi qiymət veriləcəkdi, amma bu, Kommunist Partiyasının idarə etdiyi Ermənistandır. Hüquq-mühafizə sistemi hakimiyyətin qorxulu əlavəsinə çevrilib. Siyasi çoxluğa hər şey bağışlanıb. Yalnız hakimiyyət dəyişikliyi ilə biz bu geniş yayılmış xaosdan və xəstəlikdən təmizlənə bilərik", - o vurğulayıb.
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ