Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Arktikadakı Şpisbergen arxipelaqında yerləşən Piramida kəndində qorxulu və qeyri-adi hadisə baş verib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda səhər saatlarında qar motosikleti ilə hərəkət edən kişi qəfil qarşısında ayı görür. Ayını qorxudaraq qovmağa çalışsa da, vəhşi heyvan onun arxasınca qaçmağa başlayır.
Təhlükəni görən kişi dərhal motosikletinə minib hadisə yerindən uzaqlaşır. Ayı onu bir müddət təqib etdikdən sonra dayanır və geri dönür.
Xoşbəxtlikdən hadisə faciə ilə nəticələnmir. Kişi soyuqqanlı davranaraq canını qurtarmağı bacarır.
Qeyd edək ki, Piramida qəsəbəsində daimi sakinlər demək olar ki, yoxdur. Bura əsasən turistlər və tədqiqatçılar tərəfindən ziyarət olunur. Bu hadisə isə bölgədə ayılarla qarşılaşma riskinin ciddi olduğunu bir daha göstərib.
Hazırda yerli hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib və əhaliyə ayı hücumlarına qarşı ehtiyatlı olmağı tövsiyə edib.
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ