İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq 50 milyon avroluq sənət əsərinə ziyan vurdu

Hollandiyanın Rotterdam şəhərində yerləşən Boijmans Van Beuningen Muzeyində 50 milyon avro dəyərində olan Mark Rothkoya məxsus "Grey, Orange on Maroon, No. 8" adlı tabloya bir uşaq tərəfindən zərər verilib. Hadisə muzeyin ziyarətçilərə açıq depo hissəsində baş verib.

BAKU.WS xəbər verir ki, muzeyin məlumatına görə, tablonun alt hissəsində boya qatında xırda cızıq izləri yaranıb və zərərin səthi xarakterli olduğu bildirilib. Əsərin bərpası üçün həm yerli, həm də beynəlxalq konservasiya mütəxəssisləri ilə əlaqə saxlanılıb.

Hazırda zərərin kim tərəfindən ödəniləcəyi ilə bağlı muzey açıqlama verməyib. Hadisə, müasir incəsənət əsərlərinin nümayiş təhlükəsizliyi ilə bağlı suallar doğurub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR