İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ermənistana 2 illik missiya göndərir

Avropa İttifaqı Şurası bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. Məlumata görə, missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühit yaratmaqdır.

“Avropa İttifaqının Ermənistanda missiyasının yaradılması Aİ-nin Cənubi Qafqazda iştirakının yeni mərhələsini açır. Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək və regionda davamlı sülhün əldə edilməsinə nail olmaq üçün hər iki tərəflə yaxından işləyəcək”, - Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.

İddia olunub ki, missiya həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi prosesdə vasitəçilik səylərinə töhfə verəcək. Bildirilir ki, EUMA-nın ilkin mandatı iki il olacaq və onun əməliyyat qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandanı EEAS-ın mülki planlaşdırma və icra üzrə idarəedici direktoru Stefano Tomat olacaq. Bildirilir ki, sahə əməliyyatlarına cavabdeh olan missiyanın rəhbəri yaxın vaxtlarda təyin olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR