İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa anbarlarında qaz ehtiyatı 80 faizdən aşağı düşüb

Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi 80 faizdən aşağı düşüb, lakin əlverişli hava şəraiti ilə əlaqədar analoji dövr üçün tarixi maksimumda qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gas Infrastructure Europe assosiasiyasının məlumatında deyilir.

Yanvarın 21-də Avropa İttifaqı ölkələrində anbarlardan qazın götürülməsi 588 milyon kubmetr (2018-ci ildən bu yana ən aşağı göstəricidir), qaz vurulması isə 25 milyon kubmetr təşkil edib.

İsitmə mövsümünün başladığı noyabrın 14-dən bəri yeraltı anbarlardan 22,87 milyard kubmetr qaz götürülüb. Hazırda anbarlarının 78,35 faizi (84,84 milyard kubmetr) doludur ki, bu da son beş ilin eyni dövrü üçün orta göstəricidən 19 faiz çoxdur.

Həftə ərzində Avropada havanın temperaturunun bir neçə dərəcə yüksələcəyi gözlənilir. Bununla yanaşı, Avropa İttifaqının elektrik enerjisi istehsalında külək generasiyasının payı yanvarın əvvəlindən bəri yüksək olaraq qalır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR