İnsanlara hürriyət, millətlərə istiqlal!

Asryan hansısa ərazilərin geri qaytarılmasından danışdı

“Hazırda Azərbaycan tərəfindən hərbi eskalasiya təhlükəsi və ya təhdidi yoxdur”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərlə keçirdiyi söhbət zamanı deyib.

“Xeyr, belə təhlükələr və təhdidlər yoxdur. Hazırda vəziyyət nisbətən sabit hesab olunur”, - deyə Asryan bildirib.

Onun iddiasına görə, demarkasiya prosesi vasitəsilə Ermənistan Respublikasının “suveren ərazisinin bərpası” (? - red.) planlaşdırılır. Erməni generalın fikrincə, bu, sülh prosesi vasitəsilə həyata keçirilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR