İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Rumıniyadakı səfirliyi 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirib

Azərbaycanın Rumıniyadakı səfirliyi 20 yanvar faciəsinin 35-ci il ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

Bu barədə Musavat.com-a səfirlikdən məlumat verilib.

Bildirilib ki, öncə “20 Yanvar - Ümumxalq Hüzn Günü” ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin əməkdaşları Qanlı Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz rolu olan Ulu öndər Heydər Əliyevin Buxarestin “Tey” parkında yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Daha sonra ölkəmizin Rumıniyadakı Səfirliyində 20 Yanvar faciə qurbanlarının əziz xatirəsinə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Rumıniyada yaşayan, təhsil alan soydaşlarımız, o cümlədən Azərbaycan diasporasının nümayəndələri yaxından iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 20 Yanvar Şəhidlərinin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri çıxış sözü ilə açan səfir Qüdsi Osmanov nitqində 80-90-cı illərin tarixi xronikasına toxunaraq, Azərbaycan xalqının məruz qaldığı qərəzli, seçici münasibətə etiraz əlaməti olaraq öz iradəsini ortaya qoyması, törədilən bu qanlı cinayətlərə boyun əyməməsi və əsl birlik nümayiş etdirməsi nəticəsində suverenliyinə, müstəqilliyinə qovuşduğunu söyləyib.

20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması yolunda Ümummilli Lider Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışan diplomat 44 günlük Vətən müharibəsində xalqımızın Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbənin, məhz əsası tariximizin qanlı səhifələrinin qazandırdığı qırılmaz iradəmizin nəticəsi olduğunu vurğulayıb.

Daha sonra AR Milli Arxiv İdarəsinin, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında hazırladığı “Qanlı Yanvar – Şahid sənədlər” adlı sənədli filmin nümayiş olunub. Həmçinin səfirlikdə Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi və qonaqlar üçün ehsan süfrəsi təşkil olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR