Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışı zamanı gələcəkdə ölkəni böyük uğurların gözlədiyini bildirib.
Musavat.com Trampın çıxışından əsas başlıqları təqdim edir:
- O, “sülh yaradan və birləşdirici” olacağını bəyan etdi.
- Amerikanın "Qızıl Dövrü" hazırda başlayır və tezliklə əvvəlkindən daha "böyük", daha güclü və "daha müstəsna" olacaq.
- Bu gündən etibarən ABŞ-ın rəsmi siyasəti yalnız iki cinsin - kişi və qadının tanınmasıdır.
- O, söz verdi ki, “ABŞ gücü” bütün müharibələri dayandıracaq və dünyaya yeni birlik ruhu gətirəcək.
- O, Panama kanalına nəzarəti bərpa etmək niyyətində olduğunu bildirib, onun sözlərinə görə, Panama öz kanalına nəzarəti Çinə verib, indi ABŞ onu “geri alacaq”.
- "Dünyanın indiyə qədər gördüyü ən güclü ordu" qurmaq niyyətini bəyan etdi.
- O, “Ədliyyə Nazirliyinin siyasi məqsədlər üçün istifadəsinə” son qoymaqla ABŞ-da suverenliyi və ədaləti bərpa edəcəyinə söz verdi.
- O, Ağ Evə qayıtması ilə "Amerikanın tənəzzülünə son qoyulduğunu" vəd etdi.
- O, ilk öncə cənub sərhədindəki vəziyyətlə əlaqədar ümummilli fövqəladə vəziyyət tətbiq edəcəyinə söz verdi.
- O, qeyri-qanuni mühacirlərin “işğalını” dayandırmaq üçün cənub sərhədinə qoşun yeridəcəyini və narkotik kartellərini terror təşkilatları elan edəcəyini bildirib.
- O, söz azadlığını ABŞ-a qaytaracağına söz verdi.
Musavat.com
21 Yanvar 2025
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ