İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Çin neft idxalını azaldıb

2024-cü ildə Çin 553,4 milyon ton neft idxal edib ki, bu da əvvəlki illə müqayisədə 1,9 faiz azdır.

Musavat.com Çin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər verir ki, il ərzində orta hesabla Çinə gündəlik neft tədarükü 2023-cü ildəki 11,28 milyon barellə müqayisədə sutkada 11,04 milyon barel təşkil edib. Neft alışına sərf olunan məbləğ 3,9 faiz azalaraq 324,8 milyard dollar təşkil edib.

Ötən il Çinə ən çox nefti Rusiya satıb– 108,47 milyon ton. Rusiyadan Çinə gündəlik orta neft nəqli 2023-cü ildəki 2,14 milyon bareldən 2,19 milyon barelə yüksəlib. Rusiya xammalı Pekinə 60,2 milyard dollara başa gəlib ki, bu da 2023-cü illə müqayisədə 2,8 faiz çoxdur.

Səudiyyə Ərəbistanı yenidən Çinə ikinci ən böyük neft ixracatçısı olsa da, ötən il krallığın tədarükü 8,5 faiz azalaraq 78,64 milyon ton və ya gündəlik 1,55 milyon barel olub. Bu həcm üçün Çin 47,86 milyard dollar ödəyib.

Səudiyyə Ərəbistanının Çindəki bazar payını Rusiya, həmçinin İran və Venesuela olub. Sonuncu iki ölkənin nefti Malayziya adı ilə Çinə daşınır. Ötən il Çin Malayziyadan neft idxalını 28,4 faiz artıraraq 70,33 milyon tona çatdırıb ki, bu da sutkada 1,39 milyon barelə bərabərdir. Pekin buna 38,3 milyard dollar xərcləyib.

Nəticədə İraq 2024-cü ildə Çinə ilk üç neft ixracatçısı siyahısından çıxıb. Onun Çinə tədarük həcmi 7,7 faiz artaraq 63,64 milyon ton olub. Bu, gündəlik 1,24 milyon barel deməkdir. Çin keçən il İraq nefti üçün təxminən 40 milyard dollar ödəyib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR