Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Şanlıurfa şəhərində özünü Milli Kəşfiyyat Təşkilatının (MKT) əməkdaşı kimi təqdim edən şəxs həbs edilib.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Şanlıurfa prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində özünü MKT işçisi kimi tanıdan şəxsin vətəndaşlardan şantaj və təzyiq yolu ilə pul və qızıl aldığı müəyyən edilib.
Polis və jandarma qruplarının birgə keçirdiyi əməliyyat nəticəsində saxta MKT-çi yaşadığı ünvanda saxlanılıb.
Ünvanda aparılan axtarışlar zamanı çox sayda silah, sursat və saxta sənədlər aşkarlanıb.
Polis bölməsində aparılan əməliyyatlardan sonra məhkəməyə göndərilən şəxs həbs edilib.
Musavat.com
21 Yanvar 2025
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ