İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin İrana təhvil verdiyi reperə ölüm hökmü oxundu

İran məhkəməsi məşhur iranlı müğənni Tatalu (əsl adı Əmir Hüseyn Məqsudlu) prokurorun apellyasiya şikayətindən sonra küfr ittihamı ilə bağlı hökmü beş il həbsdən ölüm cəzasına dəyişdirib.

Bu barədə yerli nəşrlər yazır.

Etimad qəzeti qeyd edir ki, Tatalu Məhəmməd peyğəmbəri təhqir etməkdə ittiham olunur. Qəzet onu da vurğulayır ki, hökm qəti deyil və hələ də apellyasiya şikayəti verilə bilər.

Tatalu 37 yaşlı iranlı musiqiçidir. O, yaradıcılığında rep, pop və R&B-ni birləşdirir. Tatalu İranda yaşayarkən bir neçə dəfə həbs olunub. 2018-ci ildə ifaçı İstanbula köçüb. 2023-cü ilin dekabrında müddəti bitmiş pasportla ölkəni tərk etməyə cəhd edərkən Türkiyə polisi onu İrana təhvil verib.

Həmin vaxtdan o, həbsdədir.
İfaçı daha əvvəl də fahişəliyi təbliğ etdiyinə görə 10 il həbs cəzasına məhkum edilib. O, həmçinin İran əleyhinə təbliğatda ittiham olunub.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR