Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışında ölkənin rəsmi siyasətində dəyişiklik ediləcəyini bəyan edib. O, bu gündən etibarən ABŞ-ın yalnız iki cinsi - kişi və qadını tanıyacağını bildirib.
"ABŞ-ın siyasəti kişi və qadın olmaqla, iki cinsi tanımaqdan ibarət olacaq," - deyə Tramp çıxışında vurğulayıb.
Musavat.com-un məlumatına görə, Trampın bu açıqlaması andiçmə mərasimində iştirak edənlər tərəfindən xüsusi alqışlarla qarşılanıb.
Bu addım, ABŞ-da cinsiyyət məsələləri ilə bağlı uzun müddət davam edən müzakirələrə yeni bir istiqamət verə bilər və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müxtəlif reaksiyalar doğura bilər.
Musavat.com
21 Yanvar 2025
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ