Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə xaricdən Özbəkistana pul köçürmələrinin ümumi həcmi 2023-cü illə müqayisədə 30 faiz artaraq 14,8 milyard dollar təşkil edib.
Musavat.com Özbəkistan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə ən çox pul Rusiyadan göndərilib. Bu ölkədən pul göndərişləri əvvəlki illə müqayisədə 29 faiz artaraq 11,5 milyard dollara yüksəlib.
Mərkəzi Bank qeyd edib ki, pul köçürmələrinin həcminin artımı əmək miqrasiyası sahəsində müsbət tendensiyalarla izah olunur. Xüsusilə keçən il miqrant işçiləri qəbul edən ölkələrdə iqtisadi fəallıq, əməyə tələbin və əmək haqqının artımı, qəbul edən ölkələrdə yüksək maaş alan işçilərin xüsusi çəkisinin artması müşahidə olunub.
Özbəkistan tərəfinin rəsmi məlumatına görə, 2024-cü ildə xaricdə müvəqqəti işləyən respublika vətəndaşlarının sayı 33 faiz azalaraq 1,14 milyon nəfər olub. Bunlardan 1 milyona yaxını Rusiyadadır.
Musavat.com
21 Yanvar 2025
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ