İnsanlara hürriyət, millətlərə istiqlal!

Antidemokratın əfvi: Baydeni bağışlamaq olarmı?

ABŞ-nin 46-cı prezidenti Cozef Bayden vəzifəsinin son saatlarında ailəsinin beş üzvünün öncədən əfv edilməsi barədə qərar imzalayıb.

Özünəməxsus "demokratiya qərarı" verən Bayden qeyd edib ki, qərarı ailə üzvlərinin səhv bir şey etdikləri üçün deyil, yeni prezident Donald Trampın siyasi hücumlarından qorxduğu üçün imzalayıb. Bu, Baydenin öz vəzifəsindən sui-istifadə etdiyi ilk hal deyil. O, hələ ötən ilin dekabrında oğlu Hanter Baydeni də əfv etmişdi. Hanter 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə andlılar məhkəməsi tərəfindən təqsirli bilinirdi.

H.Bayden həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf etmişdi. Prezidentin oğlunu vergi ittihamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. 

30jpg-1702487917.jpg (33 KB)

ABŞ-nin bu gün and içən prezidenti Donald Tramp hələ o zaman Baydenin öz oğlu Hanteri əfv etmək qərarını “sui-istifadə” və ədalət qaydalarının pozulması adlandırmışdı. Bir sıra respublikaçı qanunvericilər də prezidentin oğlunu əfv etməsindən hiddətləndiklərini bildirmişdilər.
Nümayəndlər Palatasının üzvü Jeyms Komer X sosial mediada qeyd edirdi ki, prezident ailəsinin korrupsiya fəaliyyəti haqqında əvvəldən axıra qədər yalan danışıb: "O, nəinki yalandan oğlunun xarici biznes tərəfdaşları ilə görüşmədiyini və oğlunun heç bir səhv etmədiyini iddia etdi, həm də Hanter Baydeni əfv etməyəcəyini deyərək yalan danışdı" .

Göründüyü kimi, Bayden hakimiyyətin son günlərində belə xalqa deyil, ailəsinə xidmət etdi və o nəyin ki, antidemokrat, hətta yalançıdır. Halbuki, Co Bayden, seçkiqabağı kampaniyasında və prezidentliyi dövründə demokratiyanın müdafiəsini və gücləndirilməsini əsas prioritetlərdən biri kimi təqdim etmişdi. O, xüsusilə Donald Trampın prezidentliyi dövründə zərər gördüyü iddia edilən demokratik institutları bərpa edəcəyini və ABŞ-ın qlobal miqyasda demokratiyanın lideri olmağa davam edəcəyini vurğulamışdı.

Bütün bu vədlərə baxmayaraq, Baydensayağı demokratiya reallıqda çox vaxt ikili standartlarla xarakterizə olundu. Onun siyasəti həm daxili, həm də beynəlxalq arenada ciddi tənqidlərə səbəb oldu. Bayden administrasiyasının dezinformasiya ilə mübarizə adı altında sosial media platformaları ilə sıx əməkdaşlığı bəzi tənqidçilər tərəfindən senzura cəhdi kimi qiymətləndirildi. Demokratik institutların bərpası ilə bağlı səylər bəzi müxalifət dairələri tərəfindən yalnız Demokrat Partiyasının maraqlarına xidmət edən addımlar kimi şərh olundu.

ABŞ-nin digər ölkələrin daxili işlərinə müdaxiləsi, xüsusilə Ukrayna böhranında iştirakı demokratik prinsiplərdən çox güc balansını qorumaq məqsədinə xidmət etdiyi iddialarını təsdiqlədi. Respublikaçılar Baydenin Ukraynaya çox böyük maliyyə vəsaiti ayırmasını, bunun ABŞ vətəndaşlarının problemlərini arxa plana atdığını iddia edirdilər. 

bayden ailesi.jpg (103 KB)

Bəzi ölkələr ABŞ-ni münaqişəni uzatmaqda və diplomatik həll yolu tapmaqda kifayət qədər səy göstərməməkdə ittiham edirlər. Onların fikrincə, Baydenin bəzi ölkələrə qarşı sanksiya tətbiq etməsi, demokratiyanı dəstəkləməkdən çox geosiyasi maraqları qorumaq məqsədilə həyata keçirilirdi.
Bayden administrasiyasının Cənubi Qafqaza yanaşması regionunda sabitliyi pozmaq və Ermənistanı silahlandırmaq, onu Azərbaycandan "qisas" almağa hazırlamaqdan ibarət idi. Baydenin hakimiyyəti dövründə ABŞ-nin Gürcüstana münasibətdə mənfi rolu göz önündə olub.

Gürcüstanı daxildən parçalayıb, daxilində qarışıqlıq, xaos yaradıb, dövlət çevrilişinə sürükləyərək, ölkəni dağıtmaq üçün olan planlar qurulurdu.

Gürcü politoloq və analitik Arkadi Nozadze deyir: "Trampın siyasəti, məncə, Bayden komandasının çirkli, bulanıq "hekayələrindən" aşkar rasionallığı ilə fərqlənir. Əslində Donald Tramp seçkidə elə buna görə də qalib gəlib. Yəni, məhz öz strategiyasına görə qələbə qazanıb. Bu strategiyanın isə nədən ibarət olduğu artıq dəfələrlə bəyan edilib və Trampın prioritetləri arasında Cənubi Qafqaz ölkələrində hakimiyyətin dəyişdirilməsi üzrə xüsusi əməliyyatlar yox, məhz sərfəli əməkdaşlıq olduğu hər kəsə bəllidir. Əlbəttə ki, Gürcüstanda və Azərbaycanda Baydenin belə "məxsusi metodlarının" necə uğursuzluğa düçar olduğunu və bu ölkələrin Amerikaya münasibətinin mənfi istiqamətdə necə dəyişdiyini Ağ Evin yeni sahibi Donald Tramp çox yaxşı, çox gözəl bilir. Ona görə də Trampın gəlişindən sonra mən Vaşinqton, Tbilisi və Bakı arasında konstruktiv əməkdaşlıqla dolu ayıq münasibətlərin bərpasını səbirsizliklə gözləyirəm", deyə Arkadi Nozadze öz fikrini yekunlaşdırıb.

Trampın Baydendən tamamilə fərqli yanaşma sərgiləyəcəyi, xüsusən də Cənubi Qafqazda sabitliyin pozulması üçün heç bir cəhd etməyəcəyi gözlənilir.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR