Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp inauqurasiya nitqində iqtisadi siyasətinin əsas istiqamətlərini açıqlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, inflyasiyanın azaldılması və enerji istehsalının artırılması ilə bağlı sərəncamlar imzalayacağını vəd edib: "Mən kabinetimin bütün üzvlərini rekord inflyasiya ilə mübarizə aparmaq və qiymətləri sürətlə aşağı salmaq üçün bütün səlahiyyətlərindən istifadə etməyə yönəldəcəm. İnflyasiya böhranına böyük xərclər və enerji qiymətlərinin artması səbəb olub və buna görə də bu gün enerji ilə bağlı fövqəladə vəziyyət elan edəcəyəm. Biz qiymətləri aşağı salacağıq, strateji ehtiyatlarımızı artıracağıq və Amerika enerjisini bütün dünyaya ixrac edəcəyik".
Tramp həmçinin bildirib ki, “amerikalı işçiləri və ailələri qorumaq üçün dərhal ticarət sistemimizdə islahatlara başlayacağıq”: “Digər ölkələri zənginləşdirmək üçün vətəndaşlarımızdan vergi almaq əvəzinə, vətəndaşlarımızı zənginləşdirmək üçün xarici ölkələrə tariflər və vergilər tətbiq edəcəyik. Bu təşəbbüsü həyata keçirmək, beynəlxalq ticarətdən rüsumları, vergiləri və digər gəlirləri toplamaq üçün Xarici Gəlir Xidməti yaradılacaq”.
Prezident əmin edib ki, bu yolla ABŞ büdcəsinə xarici mənbələrdən “külli miqdarda pul” daxil olmağa başlayacaq və bu, federal hökumətin səmərəliliyini və səriştəsini bərpa etməyə kömək edəcək.
Musavat.com
21 Yanvar 2025
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ