İnsanlara hürriyət, millətlərə istiqlal!

20 Yanvar şəhidlərinin xatirəsi AŞB-da yad edildi - VİDEO

Vaşinqtonda yerləşən Amerika Azərbaycan Ticarət Palatasında 20 yanvar Şəhidlərimizin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycanın Amerikadakı fövqaladə və səlahiyyətli səfiri Xəzər İbrahim və və Amerkada fəaliyyət göstərən İcma nümayəndələri iştirak ediblər. Tədbiri səfirliyin 1-ci katibi Toğrul Əliyev açdı. Azərbaycanın dövlət himni səsləndirildi.

Tədbirdə səfir Xəzər İbrahim, Güney Azərbaycandan olan və 20 yanvar faciəsi zamanı o vaxtkı SSRİ-nin Vaşinqtondakı səfirliyinin qarşısındakı etiraz aksiyalarının təşkilatçılarından olan soydaşımız Həbib Azərsina və digərləri çıxış edib 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecənin dəhşətlərindən danışdılar.

Tədbirin sonunda səfir Xəzər İbrahim və Amerikadakı diasporumuzun fəallarından olan jurnalist və politoloq Zaur Bayramlı AzTv və Real Tv-nin Amerika təmsilçilərinə qısa açıqlamalar veriblər. 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR