İnsanlara hürriyət, millətlərə istiqlal!

Melaniya Tramp: Onu ABŞ-ın digər birinci xanımlarından fərqləndirən 10 FAKT

Melaniya Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Trampın həyat yoldaşıdır. 

Çoxsaylı Qərb nəşrləri yazır ki, Melaniya ABŞ-ın heç bir birinci xanımı kimi deyil. Bunun niyə belə olduğuna daha ətraflı nəzər salaq.

Melaniya sələflərindən qat-qat özəldir və vaxtının çox hissəsini diqqət mərkəzindən kənarda keçirir, lakin o, bir sıra qalmaqallarda da iştirak edib.

1. O, Amerika tarixində ABŞ-ın hüdudlarından kənarda, Sloveniyada doğulmuş ikinci birinci xanımdır. Xaricdə doğulmuş yeganə birinci xanım İngiltərədə anadan olan ABŞ-ın altıncı prezidenti Con Kuinci Adamsın həyat yoldaşı Luiza Ketrin Conson idi.

2. Doğma sloven dilindən əlavə o, başqa beş dildə də sərbəst danışır: ingilis, alman, fransız, italyan və serb-xorvat. “Scmp.com”un məlumatına görə, Melaniya Tramp əsl poliqlotdur.

3. Onun böyüdüyü kiçik Sevnitsa şəhərində çoxlarının pulu çatmasa da, Melaniya Knavsı (qızlıq soyadı) tanıyanlar onun həmişə çox ağıllı olduğunu və heç vaxt mağazadan paltar alıb geyinmədiyini deyirlər. Bu gün Melaniya Tramp öz üslubuna çox vaxt ayırır və onun görünüşü həmişə qüsursuzdur.

4. Donald Tramp daha əvvəl 1992-ci ilə qədər İvana Trampla, 1999-cu ilə qədər isə Marle Meyplz ilə evli olub. Melaniya onun üçüncü arvadıdır və Trampın üç arvadı arasında yeganə birinci xanım olub.

5. Melaniya həm də ABŞ-ın ana dili ingilis dili olmayan yeganə birinci xanımdır.

6. O, Lyublyana Universitetində Memarlıq və Dizayn fakültəsində təhsil alıb, lakin birinci kursdan sonra təhsilini yarımçıq qoyub Milana köçüb. 16 yaşında Melaniya Knavs modellik karyerasına başlayıb. O, Milanda və Parisdə şoularda gəzir və çox uğurlu model olub. Onun fotosessiyaları Sports Illustrated, Vanity Fair, Vogue, Harper's Bazaar və GQ jurnallarında dərc olunub. O, həmçinin 2000-ci ildə British GQ üçün çəkiliş də daxil olmaqla jurnallar üçün çılpaq pozalar verən yeganə birinci xanımdır.

7. Melaniya həm də Amerikanın ən uzun boylu birinci xanımlarından biridir (boyu 180 santimetrdir). O, ən uzun boylu birinci xanım titulunu Mişel Obama və Eleanor Ruzveltlə bölüşür.

8. Melaniya Tramp katolik olan ikinci birinci xanımdır – birincisi Jaklin Kennedi idi.

9. Digər birinci xanımlardan fərqli olaraq, Melaniya Tramp Ağ evə köçməyi ərinin birinci prezidentliyində beş aya qədər gecikdirib. Buna səbəb onların oğlu Berronun Nyu-Yorkdakı məktəbdə beşinci sinfi bitirmək üzrə olması idi. Donald Tramp artıq ikinci dəfə ABŞ prezidenti olanda bu dəfə nə olacağını zaman göstərəcək.

10. Melaniya Trampın, ümumiyyətlə, Ağ evdə yaşamadığı ilə bağı çoxlu söz-söhbətlər və sui-qəsd nəzəriyyələri var. Ağ evin bəzi köməkçilərinə görə, Tramplar birlikdə çox az vaxt keçirirlər və ya heç vaxt keçirmirlər, ayrı yataq otaqlarında yatırlar və fərqli qrafiklərlə yaşayırlar. Həyat yoldaşları, əlbəttə ki, bu barədə heç bir şərh verməyiblər./Lent.az


 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR