Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Uaçek Lukovski ölkəsinin sursat ehtiyatlarının tükənmək üzrə olduğunu açıqlayıb. Onun sözlərinə görə, mövcud ehtiyatlarla Polşa maksimum bir-iki həftə müdafiə oluna bilər.
"Fikrimcə, döyüşlərin gedişatından asılı olaraq, hazırkı səviyyədə müdafiəni bir və ya iki həftə davam etdirmək olar", – deyə o bildirib.
Lukovski xüsusilə köhnəlmiş silah sistemləri üçün sursat çatışmazlığının ciddi problem yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, bu tip sursatlar artıq istehsal olunmur və ancaq köhnə ehtiyatlardan istifadə edilir.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ