İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa öz müstəmləkələrindəki xalqların hüquqlarını tapdalamaqdadır

Fransanın imperialist rejimi tərəfindən müstəmləkələşdirilmiş ərazilərin xalqlarının əsas hüquqlarının pozulması rəsmi Paris bu zalım sistemdən azad olana qədər davam edəcək.

Bunu Martinika Ədliyyə Kollektivinin ictimaiyyət və gənclərlə əlaqələr şöbəsinin rəhbəri Daniel Dübua Bakıda keçirilən "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransda bildirib.

D.Dübuа vurğulayıb ki, beynəlxalq normalar və hüquqların mövcudluğuna baxmayaraq, Fransa xüsusilə öz dənizaşırı ərazilərində insan hüquqlarının, azadlığın, əmlakın və təhlükəsizliyin qorunmasının təmin edilməsi ilə bağlı konstitusiyanın tələblərini kobud şəkildə pozur.

"Fransa bizim azadlıqlarımızı tapdalamağı dayandırana və bizi öz müstəmləkə sistemindən azad edənə qədər hüquqlarımız uğrunda mübarizəni dayandırmayacağıq", - D.Dubua vurğulayıb.

O, Martinika xalqının tam qələbə və həqiqi müstəqillik əldə edənə qədər müstəmləkə zülmünə qarşı müqaviməti davam etdirmək əzmini ifadə edib.  (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR