Onlayn ictimai-siyasi qəzet
Türkiyə Meteorologiya Baş İdarəsinin yeni hava hesabatına əsasən, ölkənin qərbində başlayan yağış bütün ölkəyə təsir edəcək.
Musavat.com xəbər verir ki, cənub-qərb küləyi ölkənin mərkəzi və qərb rayonlarına təsir edəcək. Havanın temperaturu 4-5 dərəcə aşağı enəcək.
Meteorologiya mütəxəssisi Orhan Şen bu gün axşam saatlarında Antalya, Isparta və Burdur ətrafında daşqınlara səbəb ola biləcək yağış yağacağını bildirib:
“9 günlük bayram boyunca (Ramazan tətili - red.) şəhərlərdə güclü yağışlar davam edəcək. Antalyada temperatur 13, İstanbulda 12 dərəcəyə enəcək. Bodrum ətrafında yağış davam edəcək. Türkiyənin, demək olar ki, hər yerində yağış yağacaq. Çərşənbə günü Şərqi Anadoluda yağışlar şiddətli görünür. Çərşənbə axşamından sonra temperatur bir az da azalacaq. Deyəsən, aprelin ilk ongünlüyündə fevral ayını yaşayacağıq”.
Mütəxəssis bu axşam və sabah İzmir, Muğla, Marmaris, Antalya, Burdur və Ispartanın cənub rayonlarında sel təhlükəsi olduğunu qeyd edib.
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ