Onlayn ictimai-siyasi qəzet
Fransanın müstəmləkə siyasəti nəticəsində Qvadelupada yerli dil işləkliyini itirib.
Bunu Qvadelupanın Beynəlxalq Qaradərili Xalqlar Komitəsinin (ICBN) rəhbəri Jaklin Defonten Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Fransa müvafiq qanun qəbul etməklə müstəmləkə altındakı əhalinin xalq statusunu əlindən alıb:
"Biz indi sadəcə, əhali adlandırılırıq. Ancaq hüquqlarımızı bərpa etməyə çalışırıq. Deportasiyaya məruz qalan xalqların hüquqlarının təmin edilməsini istəyirik. Fransa bizim afrikalılığımızı əlimizdən almağı hədəfləyib. Hətta uşaqlarımıza Afrika mənşəli adlar qoymağımıza da imkan vermirdilər".
J.Defonten vurğulayıb ki, hazırda Qvadelupada yerli dil öz işləkliyini itirib:
"Biz fransız dilindən istifadə etməyə məcbur olunuruq. Adada fransızca danışmayanlar cəzalandırıla bilər.
Uzun müddətdir çalışırıq ki, mədəniyyətimiz tanınsın. Bütün bunlar üçün digər koloniya əraziləri ilə də birlikdə çalışırıq". (Report)
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ