İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışına qadağa qoyulur

"Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Ağalar Vəliyevin biznes ortağının ölkədən çıxışı məhdudlaşdırılır.

Musavat.com-un Qaynarinfo-ya istinadən məlumatına görə, "Azəraqrartikinti" ASC-də müxtəlif vəzifələrdə çalışan, iş adamı kimi tanınan Maqsud Əvəz oğlu Gülməmmədovun ölkədən çıxışı məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilib.

Müraciətin səbəbi isə Maqsud Gülməmmədovun 2 saylı Ərazi Vergilər Baş İdarəsinə külli miqdarda vergi borcunun olmasıdır.

Məhkəmə işinə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyev sədrliyi ilə baxılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR