Onlayn ictimai-siyasi qəzet
“Hələ də bəzi klublar qarşısında müəyyən tələblərimiz durur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
Federasiya rəsmisi II Liqadan kənarda qalan klublarıa ümidləndirəcək mesaj verib. O, mövsümün startına kimi iştirakçılar arasında dəyişiklik olmaq ehtimalını dilə gətirib:
"Seçimdə əsas komandaların infrastrukturunun olması rol oynayır. Tələblərə hansı səviyyədə, hansı tezlikdə cavab verilməsi önəmlidir.
İcraiyyə Komitəsinin qərarında da belə bir bənd var ki, qoyulan tələbləri kimsə yerinə yetirməsə, dəyişikliklər ola bilər".
2023-2024-cü illər mövsümündən etibarən yarıpeşəkar statuslu II Liqa aşağıdakı komandaların iştirakı ilə keçirilməsi nəzərdə tutulub:
1. “Füzuli”
2. “Göygöl”
3. “Ağdaş”
4. “Sportinq Baku”
5. “Qusar”
6. “Marxal Şəki”
7. “Şəfa Baku”
8. “Cəbrayıl”
9. “Lerik”
10. “Kürmük Qax”
11. “Şəmkir”
12. “Kür-Araz”
II Liqada çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunub.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ