Onlayn ictimai-siyasi qəzet
Türkiyənin TV8 kanalında yayımlanan "MasterChef Türkiyə" proqramı Azərbaycanda çəkilib.
Musavat.com bildirir ki, Dövlət Turizm Agentliyinin baş sponsorluğu, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və təşkilatçılığı ilə bu gün Azərbaycan vaxtı ilə saat 21:00-da TV8 ekranlarında "MasterChef Türkiyə" proqramı yayımlanacaq.
Bakı Yunus Əmrə institutunun dəstəyi ilə Azərbaycan mətbəxini, sivilizasiyasını, memarlığını, şəhərlərini və incəsənətini təbliğ etmək məqsədi ilə təşkil edilən proqramda yarışmaçıların səyi ilə Azərbaycan yeməkləri hazırlanacaq.
Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç Şuşanın 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olmasından dolayı Azərbaycan sivilizasiyasını və turizm potensialını dünyaya tanıtmaq üçün "MasterChef Türkiyəni" Bakıya gətirdiklərini, Bakının simvollarını, mədəni mühitini və Şuşanı tanıtdıqlarını qeyd edib.
Dövlət Turizm Agentliyinə də təşəkkürünü bildirən Selçuk Karakılıç, “MasterChef Türkiyə"nin Bakıda çəkilişlərində və Azərbaycanın tanıdılmasında agentliyin böyük rolu olduğunu vurğulayıb.
Qeyd edək ki, "MasterChef Türkiyə" bu gün Azərbaycan vaxtı ilə saat 21:00-da TV8-də yayımlanacaq. Kanalın sahibi məşhur aparıcı-prodüser Acun Ilıcalıdır.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ