İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Suriyada qoşun saxlamaq və onu qorumaq niyyətindədir - Ağ Ev

ABŞ Suriyada hərbi mövcudluğunu saxlamağı planlaşdırır və onu qorumağa hazırdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun fikrincə, Amerika qoşunları Suriyada "İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə mübarizə aparır. “Bu missiya aktual olaraq qalır. Və nə qədər ki, bu missiya aktuallığını qoruyub saxlayacaq, bizim ali baş komandanımız diqqətimizi, qoşunlarımızın diqqətini buna qarşı durmağa yönəldəcək”, - Kirbi bildirib.

“Bölgədəki digər aktorların bu varlıq haqqında nə düşünə biləcəyini, nə etməyə çalışa biləcəklərini deyə bilmərəm. Biz hələ də buna diqqət yetirəcəyik. Yeri gəlmişkən, bu, harada yerləşməsindən asılı olmayaraq - İraqda, Suriyada və ya dünyanın hər hansı bir yerində şəxsi heyətimizin adekvat şəkildə qorunmasını təmin etməkdən ibarətdir", - Ağ Evin sözçüsü deyib. O xatırladıb ki, nisbətən yaxın keçmişdə Suriya və İraqdakı ABŞ qüvvələri “hücuma məruz qalıb”. “Biz onlara cavab verdik. Bəzi hallarda, çox tez və çox-çox təsirli şəkildə. Biz bunu davam etdirəcəyik”, - Kirbi vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR