İnsanlara hürriyət, millətlərə istiqlal!

41 gündə Qarabağdan Ermənistana 42 xəstə aparılıb

Daha altı xəstə Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə Xankəndidən Ermənistandakı tibb mərkəzlərinə aparılıb. Musavat.com bildirir ki, onların arasında hamilə qadın, həmçinin digər xəstəlikləri olanlar var.

Azərbaycanın 12 dekabrdan bəri, 41 gün ərzində Qarabağ ermənilərini guya “blokadada saxladığını” iddia edən erməni tərəf özünü təkzib edərək bildirir ki, beləliklə, Qarabağdan Ermənistan xəstəxanalarına ümumilikdə 42 xəstə çatdırılıb.

Əlavə olunub ki, Qarabağdakı xəstəxanalarda planlaşdırılan əməliyyatlar hələlik dayandırılıb. İddiaya görə, 11 böyük və 11 uşaq reanimasiyada qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR