İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq küçələrdə niyə Putini müdafiə etmədi?

“Kim gəlir gəlsin, bunlardan daha yaxşı olacaq” düşüncəsi əslində, çox təhlükəlidir, xalq öz dövlətinə bu qədər etinasız ola bilməz…

Yevgeni Priqojinlə anlaşma əldə edilməsi Rusiyanı ağır nəticələri ola biləcək silahlı qarşıdurmanın bir addımlığından geri qaytardı. Bu qiyamın doğuran səbəblər haqda Rusiyada hələ çox danışılacaq, yeni iddialar ortaya atılacaq. 

23-24  iyun aralığında baş verənlərdə çox mühüm bir məqama da diqqət yetirmək gərəkir-  xalqın mövqeyinə. Sanki ortada rus xalqını görmədik, onların sosial şəbəkələrdə, teleqram kanallarında mövqeyini demirəm, onlar ictimai rəyin şirmasıdır, yəni aldadıcıdır. Gerçək budur ki, xalq küçədə bu qiyama mövqeyini bildirmədi...

22a23162a48ad7a47fc613c90a16f66d.jpg (625 KB)

Rostovdan bəzi epizodlar göstərildi, bir-iki təqaüdçü küçədə dayanmış əli silahı “Vaqner”çilərə nəsə iradlar bildirirdilər, amma böyük əksəriyyət Cənub Hərbi Dairəsinin iqamətgahını ələ keçirərək ora və ətraf küçələrə yerləşən qiyamçılara heç bir reaksiya göstərmirdilər. Hətta vilayət qubernatorunun əhalinin küçəyə çıxmamaq barədə xəbərdarlığına məhəl qoyan olmamışdı, bu 1 milyonluq şəhərdə sanki heç nə baş verməmişdi.

Nə idi bu? Qanuni hakimiyyətə qarşı silah qaldırmış, şəhərlərinə işğalçı kimi girən orduya sayğımı, Priqojinə rəğbətmi, nəhayət, Putinin devrilməsini hədəfləyən silahlılarla razılıq əlamətimi?

Putin xalqa müraciətində bu hadisələrə dövlət adından “düşmənçilik və xəyanət” qiyməti vermişdi, bəs xalq niyə bu “xainlərə” heç bir reaksiya göstərmirdi? Niyə dövlətlərini qorumaq üçün tankın qarşısında durmaq fikrində deyildilər. Bəli, onlar xalqa güllə atmadılar, konfliktə girmirdilər, görünür, əmr belə idi. Türkiyədəki hərbi çevriliş cəhdi fərqli idi, xalqa güllə atırdılar, o səbəbdən küçələrdə onların yolunu kəsmək üçün özlərini tankların altına atırdılar. Amma “Vaqner”də axı üzü Moskvaya doğru irələləyirdi, oraya konsertə baxmağa getmirdilər ki?   

AmWS-bEBpFo.jpg (130 KB)

Bu vəziyyət sabiq alman kansler Angela Merkelin çox müdrikcəsinə dediyi fikri yada salır: “Rusiya illərdir ki, Putinin travmaları ilə yaşayır”.

Bu bir cümlə 2000-ci ildən hakimiyyətdə olan Putin hakimiyyətinə verilmiş çox dəqiq qiymətdir. Rusiya tarixi boyu əslində travmalarla yaşayıb-inqilablar, vətən, vətəndaş müharibələr və sairə... Amma müasir Rusiya o travmaları daha ağrılı yaşamaqdadır, çünki ötən əsrin rusu ilə indiki rus arasında bərabərlik işarəsi qoymaq olmaz. İndi xalqın dövlətdən tələbləri də, yaşamaq fəlsəfəsi də çox fərqlidir.  O səbəbdən bu travmalara çox həssas reaksiya verir, onu aşa bilmir, getdikcə daha dibə düşür...  

Baxın, sadə bir misalı yada salacam. SSRİ vaxtı növbələrdə çox məşhur bir deyim vardı: “Ruslar növbədə olanda, qaydalara hamı riayət edir”. Banal görünə bilər, amma ruslar mağazada, kinoteatrların qarşısında bilet növbəsində duranda doğurdan da sıra pozulmurdu. Çünki dərhal reaksiya verirdilər, etiraz edirdilər. “Rus haqqını tələb edir”, deyirdilər. Rusiya birrəngli ölkə deyil, müxtəlif millətlərin birgə yaşadıqları federasiyadır. Amma dövlətin adı necədirsə, orada aparıcı etnos da, son söz, qərar vermək də o millətin üzərinə düşür.

NY-e-glyxqE.jpg (261 KB)

Amerika milləti yoxdur, amerikalı var. O çox fərqli sistemin də zibili çıxmaqdadır, 2021-ci ilin yanvarında seçkinin nəticələrinin saxtalaşdırıldığını deyərək Kapitoliyaya hücum edərək “çevriliş” etməyə çalışanlara ona görə qəddar münasibət göstərildi ki, Amerikaya heç kim sahiblənə bilməsin. Orada da hər şeyi yuxarıdan həll edirlər, amma ədalətli edirlər ki, çox səsi çıxmasın. 2021 hadisələri göstərdi ki,  o öyündükləri seçki sistemi çökməkdədir, daha özünü doğrultmur… 

1687595286_346875760648014.jpeg (147 KB)

SSRİ dağılanda da Rusiya bir sıra küçə etirazları yaşadı, tank qarşısına da çıxdı, öz taleyinə sahib çıxmağa çalışdı. Amma kimsəyə sirr deyil ki, Yeltsin dövründəki demokratiyanın indi heç 10 faizi də Rusiyada yoxdur. İdarəetmə çox dəyişib, sistem müxalifətindən başqa hamının səsinin kəsiblər, xalqı hər şeydən uzaqlaşdırıblar, işıqlı adamlar ölkəni tərk etmək məcburiyyətində qalıblar, bütün qərarları isə bir nəfər verir. Bu, istənilən ölkədə çox təhlükəli tendesiyadır. Çünki xalqın dəstəyi lazım gələndə küçələr boş qalır, ya da xalq öz taleyinə və dövlətinə etinasız olur. Rusiyada son iki gündə baş verənlərə xalqın mövqeyi bunu göstərdi, xalq susdu... Sanki hakimiyyət kimin hətta silahla zəbt edəcəyinin artıq onlar üçün xüsusi əhəmiyyəti yoxdur. “Kim gəlir gəlsin, bunlardan daha yaxşı olacaq” düşüncəsi əslində çox təhlükəlidir, xalq öz dövlətinə bu qədər etinasız ola bilməz…

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Noyabr 2024

12 Noyabr 2024

17 Avqust 2024

27 Iyul 2024

21 Iyul 2024

30 Iyun 2024

21 Iyun 2024

16 Iyun 2024

14 Iyun 2024

08 Iyun 2024

28 May 2024

22 May 2024

19 May 2024

12 May 2024

10 May 2024

08 May 2024

03 May 2024

30 Aprel 2024

27 Aprel 2024

21 Aprel 2024

12 Aprel 2024

06 Aprel 2024

05 Aprel 2024

31 Mart 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024

23 Mart 2024

21 Mart 2024