Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkədə 9 saniyəlik video diqqətimi çəkdi. İrəvandakı Erablur qəbiristanlığında bir qadın başdaşını öpür, sonra da “Qarabağa görə mənim ərim öldü. Əgər Qarabağ olmasaydı, ərim indi yaşayırdı” deyir. İbrətamizdir. Yəqin qəbiristanlığa gələn minlərlə erməni eyni sözləri deyir, oğluna, ərinə, qohumlarına görə...Yəni reallığı tədricən anlayanlar var. Amma anlama prosesi çox ləng gedir. Belə görünür ki, hər bir erməni bir başdaşını qucaqlayıb, yad torpağa görə peşmanlığını ifadə etməyincə, düzələn deyillər...
Bu yaxınlarda revanşistlərdən biri Nikol Paşinyanı ittiham edirdi ki, əgər Qarabağı Azərbaycana təslim edəcəkdinsə, niyə 8 min itki verirdik? Rəsmən itkilərin sayını yarıbayarı azaldırlar. Üstəlik məlum oldu ki, fərarilərin sayı azı 12 min olub. Şikəst olanları da əlavə edək. Yəni başdan-ayağa şikəst dövlət, şikəst millətə çevriliblər Azərbaycan torpağına görə! Amma yenə də əl çəkənə oxşamırlar. Elə ötən həftə dövlətimizin başçısı Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə işarə edərək sülh sazişinin tezliklə imzalanmayacağına işarə vurdu. Nə olsun ki, Paşinyan “sülhə hazıram” deyir, onlar sülhü başqa cür görürlər, belə bir saziş isə heç vaxt imzalana bilməz!
Bu gün əsas qəbiristanlıqda qəbir yeri tapılmayan İrəvanda yenə də bir qrup etiraz aksiyası keçirir, paytaxtın bir sıra küçələri bağlanıb. Erməni mediası yazır ki, aksiyanı “Biz Artsaxıq” təşəbbüs qrupu təşkil edib. Azərbaycanın Laçın yolunda ciddi nəzarət sistemi qurmasına etiraz olaraq çıxıblar küçələrə. Ötən həftə başqa bir başıpozuq dəstə Laçındakı sərhəd qapısına tərəf gəlirdilər, Ermənistan polisi sonun yaxşı olmayacağını anladığı üçün radikalları gedir qaytardı. Amma Ermənistan hakimiyyətinin də çox riskli oyun oynadığını yaxşı bilirik. Bir tərəfdən özünü “konstruktiv” cildində təqdim etmək istəyir, digər tərəfdən də revanşçıların etirazlarından tutalqa kimi yararlanmağa çalışır, Paşinyan deyir ki, Azərbaycanın şərtlərinə əməl edib, sazişi imzalasam, məni ən azı devirəcək, ən çoxu edam edəcəklər. Yəni hamısı bir ələ işləyirlər, sona qədər çalışırlar ki, bəlkə nə isə qazandılar.
Xocalı canisi, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Baydenə, Putinə və Makrona açıq məktub yazıb. Arayik Arutyunyanın Putinə və Şarl Mişelə yazdığı iftiralardan həvəslənib. “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər biz onlarla zarafat edirik”-deyərək körpələri, qadınları, qocaları qətlə yetirdiklərinə görə fəxr edən bu şərəfsiz cani indi Qarabağda guya hansısa “humanitar fəlakət”dən danışır və liderləri vəziyyətə müdaxiləyə çağırır, “dayandırın, sonra gecə olacaq”-deyib çaqqal kimi ulayır. Beləsi Beynəlxalq Tribunalın cəzasından uzaq qaldıqca, ilahi ədalət hökmünü vermədikcə, əlbəttə, belə zingildəmələrini tez-tez eşidəcəyik. Günah təkcə onda deyil, həm də uzun illər onu Ermənistan prezidenti kimi qəbul edib, tibunalar verənlər, azərbaycanlı körpələrin qanına bulaşmış əlini sıxanlardır. Bu gedişlə digər canilərin- Robert Köçəryanın da, Seyran Ohanyanın da, Zori Balayanın da köpək səsləri eşidiləcək bir azdan...Beynəlxalq səviyyədə təhlükə hiss etsələr, İnterpol xətti ilə axtarışda olsalar, dillərini kəsərlər, susarlar ki, onları ölmüş bilsin hər kəs...
Prosesləri yenidən 1988-89-cu illərə qaytarmaq istəyirlər. O zaman da belə başladılar, Qorbaçovu Putin, Raisanı “böyük bacıları” Makron əvəzləyib. Xankəndidə çadırlar qurublar, İrəvan küçələrini sülənirlər, beynəlxalq təşkilatların ofislərinə, səfirliklərə ayaq döyürlər, dəstək istəyirlər, Qarabağ ermənilərinin “humanitar fəlakəti” haqda şoular təşkil edirlər. Amma nə acından ölən var, nə gəbərən...Amma istisna deyil ki, gecənin birində elə Azərbaycan hərbçilərinin uniformasını geyinsinlər və özləri bir dəstə mülki ermənini zorakılıqla qətlə yetirsinlər, “artsax naminə”. Bunlardan hər cür şərəfsizlik gözləmək olar. Eləcə də Qarabağdakı müvəqqəti rus hərbçilərinin 2025-ci ildə bölgəni tərk etməməsi üçün bəlli mərkəzlərdə də bu plan dəstəklənə bilər. Odur ki, beynəlxalq təşkilatlara xəbərdarlıqlar etməkdə, həmçinin mülki ermənilərə müraciətlərdə fayda var.
Nəhayət, sabah, 25 iyulda həm Xankəndidə, həm də İrəvanda aksiya keçiriləcək. Qarabağdakı qondarma rejimin oyuncaq “parlament sədri” Qurgen Nersisyan bu barədə elan verib, çağırış edib. Əslində, özünü bu şəkildə təqdim etdiyinə və üstəlik, qanunsuz aksiya çağırışı etdiyinə görə ən ağır cəzanı haqq edir. Hansı ölkədə bu sayaq çağırış və plan olsaydı, gecə ilə aradan götürərdilər. Amma di gəl ki, ayrı-ayrı ölkələr baş-beynimizi aparır neçə vaxtdır.
Arayik Arutyunyan beynəlxalq təşkilatlara müraciət edərək 7 gün vaxt vermişdi. Vaxt bitib, nəticə yoxdur, indi növbəti saman çöpünə öl atırlar. Batacaqlarını bilirlər, amma sonda batan meymunsayağı öz balalarını da ayaqları altına qoymağa hazırdırlar.
Hələ Rusiya casusu, Qarabağdan Paşinyanın kreslosuna ağzı sulana-sulana boylanan Ruben Vardanyan da “qaza basıb”: “Heç nə etmək mümkün olmayan kimi görünəndə nə edirsiniz? Məbədlər tikin! Benzin yoxdur? At sürəcəyik, gəzəcəyik. Əlaqə yoxdur? Gəlin kağız üzərində məktublar yazaq. Yemək olmasa, son çörəyi də bir-birimizlə bölüşəcəyik. Biz şəraitdən daha güclü olmağı bilirik”. Sarsağın biri! Hamını 28 iyulda Xankəndidəki “bizim dağlar mərkəzi”nə çağırıb “gözləyirik”, - yazıb. “Biz burada yaşayacağıq! “Artsax”ımızı sona qədər müdafiə edəcəyik! Monastırın bərpası ilə bağlı işlərə iyulun 28-də başlanacaq”-xitabı ilə...
Gördüyünüz kimi, çaqqal-çuqqallar çox fəallaşıb. Topasına bir zərbə endirilməsinin zamanı çox yetişib. Dövlətimiz çox şans verdi. Başlarının əzilməsini özləri istədilər...Günün birində Vardanyanın arvadı Veronika da ərinin qəbri üstündə o sözləri deyəcək... “Qarabağ olmasaydı...”
Qarabağ olub-ermənilər olmayanda da-bundan sonra da daim olacaq!!!
22 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ