İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə prezidentləri: paşalar, ərzurumlu dostlar, baş nazirin kölgəsində qalanlar…

Son 100 ildə Türkiyənin 12 prezidenti, bir president səlahiyyətlərinin icraçısı olub: 1. Mustafa Kamal Atatürk (1923-1938); 2. İsmət İnönü (1938-1950); 3. Cəlal Bayar (1950-1960); 4. Camal Gürsel (1961-1966); 5 Cevdet Sunay (1966-1973); 6. Fahri Korutürk (1973-1980); prezidentin səlahiyyətlərini icra edən İhsan Sabri Çağlayan (1980, aprel-1980, sentyabr); 7. Kənan Evren (1980-1989);. 8. Turqut Özal (1989-1993); 9. Süleyman Dəmirəl (1993-2000); 10. Əhməd Necdət Sezər (2000-2007); 11. Abdulla Gül (2007-2014); 12. Rəcəb Tayyib Ərdoğan (2014- davam edir)...

Siyahıda bu siyasi xadimlərin dövlət başında olmalarını göstərən rəqəmlərdən aydın olur ki, bu sırada hakimiyyət sürəsi ən uzun olan dövlət başçısı Atatürk olub. O, prezident kürsüsündə 15 il fasiləsiz oturub – ta 57 yaşında vaxtsız vəfat edənə qədər.

İkinci sırada İnönü gəlir. Atatürkün vəfatından sonra, dövlətdə tutduğu mövqeyə və qurtuluş savaşındakı xidmətlərinə görə o, parlamentdə yekdilliklə seçilərək dövlət başçısı postuna əyləşib və 12 il Türkiyəni idarə edib. O, 1950-ci ildə partiyası CHP-nin Demokrat partiyasına uduzmasından sonra İnönü özü də parlamentdəki səsvermədə DP-nin namizədi Cəlal Bayara uduzaraq prezident postunu tərk edib.

prizednt.JPG (56 KB)

1-ci sırada: Atatürk, İnönü, Bayar, Gürsel, Sunay. 2-ci sırada: Korutürk, Evren, Özal, Dəmirəl, Sezər 

kulerdo.JPG (47 KB)

                           Abdulla Gül                                                   Rəcəb Tayyib Ərdoğan

Prezident kürsüsündə sürəkli fəaliyyət məsələsində üçüncülük hələlik hazırkı prezident Rəcəb Tayyib Ərdoğana məxsusdur. 2014-cü ildən bu postu tutan Ərdoğan artıq 9 ildir dövlət başçısıdır, bir neçə gün öncə xalqdan yenidən mandat alıb və ömrü vəfa etsə, ölkədə başqa fors-major hal baş verməsə, 14 illik stajla ölkəsinin ikinci ən çox prezident vəzifəsi tutan lideri olacaq.

bayar.jpg (60 KB)

Bir də Cəlal Bayar prezident postunda digər həmkarlarından, xələflərindən fərqli olaraq 3 il artıq qalıb. O, bu postu 10 il boyunca tutub. Bəlkə də o, sələflərinin rekordunu qıra bilərmiş, amma ölkədə baş verən dövlət çevrilişi Demokrat partiyasının hakimiyyətinə, partiyanın lideri Adnan Menderesin həyatına, Cəlal Bayarın isə prezidentliyinə son qoyub.

O biri prezidentlərin hamısı postda bir müddət, 7 işləyiblər (istisna Gürseldir, o, 6 il president olub, müddətini tamam edə bilməyib).

çağlayan.jpg (26 KB)

İhsan Sabri Çağlayangil dövlət başçısı postunda cəmi 4 ay işlədiyi üçün “nömrəsiz prezidentdir”. O, 1980-ci ilin aprelindən 12 sentyabrına qədər, 6-cı president Korutürklə hərbi qiyam qaldıraraq, dövlət çevrilişi həyata keçirən, sonradan 7-ci prezident olan Kənan Evrenin arasında Türkiyə prezidenti vəzifəsini icra edib. Vəzifə sılahiyyətləri bitən Korutürkü əvəz edən Çağlayangil rəsmi şəkildə prezident seçilməyə macal tapmayıb.

Bu prezidentlərin içində Ərdoğan yeganə siyasi xadimdir ki, xalq tərəfindən birbaşa seçilib (həm də iki dəfə). Birinci dəfə o da digər sələfləri kimi ölkə parlamenti tərəfindən dövlət başçısı postuna seçilmişdi. Ümumiyyətlə, prezidentin xalqın iradəsi ilə formalaşn parlament tərəfindən seçilməsi ideyası Atatürkə məxsus olub. O, bunu ona görə məsləhət görüb ki, birbaşa seçkilərdə seçilən şəxs sonradan “məni xalq seçib” deyə özü üçün üstünlük əldə edə, despotizmə meyllənə bilməsin, həmişə parlamentdən asılı olsun.

Elə olmasa yəqin ki, dövlət başına hərbi çevriliş yolu ilə gələn generallar sürələri tamam olanda prezident postundan getmək istəməz, xalqın iradəsinə qarşı çıxa bilərdlər.

qatil.JPG (28 KB)

   Devrilmiş baş nazir Adnan Menders haqqında edam fərmanı Camal Gürsel 

Yeri gəlmişkən, Türkiyə prezidentlərinin yarısı – altısı məhz general rütbəsi daşıyıb və prezident postuna ordu komandanlığından gəliblər. Bunlar Atatürk, İnönü, Gürsel, Sunay, Korutürk və Evrendir.

Maraqlıdır ki, mülki prezidentlərin yalnız biri – 3-cü prezident Cəlal Bayar generalların hakimiyyəti arasında dövlət başında olub, yerdə qalanların hamısı (Özal, Dəmirəl, Sezər, Gül və Ərdoğan) hakimiyyətə 1980-ci il çevrişlindən, daha dəqiqi, Kənan Evrenin 9 illik hakimiyyətindən sonra gəlib.

gyrev.JPG (33 KB)

Sırf hərbi qiyamla, dövlət çevrilişi həyata keçirərək, repressiya və qətliamlara rəvac verərək hakimiyyətə gələn, sonradan prezident olanlar isə iki nəfərdir – Camal Gürsel və Kənan Evren. Gürsel dövlət çevrilişini 1960-cı ildə həyata keçirib və hakimiyyətdən kənarlaşdırdığı Adnan Menderesi, eləcə də onun bir neçə nazirini asdırıb. Kənan Evren isə 1980-ci ildə hakimiyyəti silah gücünə ələ alaraq onlarla siyasətçinin ev dustağı və siyasi məhbus olması, yüzlərlə fəalın edamı, minlərlə şəxsin repressiya olunması barədə əmr verib.

Əslində 5-ci prezident Cövdət Sunayın da hakimiyyəti sırf hərbi çevrilişin nəticəsidir. General-prezident Camal Gürsel 1966-cı ildə xəstəliyi səbəbindən öləndə Türkiyə Böyük Millət Məclisi onun siyasi varisi olaraq silahdaşını, yerlisini (hər ikisi ərzurumludur), ordudakı xələfini, baş qərargah rəisi general Sunayı seçib. Generalların hakimiyyəti Korutürklə davam edib, Kənan Evrenlə sona çatıb.

Ümumiyyətlə, 1923-cü ildən ta 1989-cü ilə qədər Türkiyə prezidenti postunu cəmi bir dəfə mülki şəxs (Cəlal Bayar – 10 il) tutub. Yerdə qalan 56 ildə Türkiyə prezidenti postu marşal və generallara məxsus olub. Cümhuriyyətin 100 illik tarixini götürsək, bu, böyük rəqəmdir.

denoz.jpg (48 KB)

                                             Turqut Özalın dəfni

Türkiyə prezidentlərinin içində yalnız üçü (Atatürk, Gürsəl və Özal) vəzifə başında vəfat edib. Biri devrilib.

Bu 12 prezidentdən heç biri impiçment edilməyib, həbsə düşməyib.

Bu prezidentlərin çoxu xarizmatik, ötkəm, avtoritarizmə meylli olsalar da, bəziləri (Cəlal Bayar, Fahri Korutürk, Turqut Özal, Əhməd Necdət Sezər və Abdulla Gül) dönəmin baş nazirlərinin kölgəsində qalıblar, dövlət işlərini əsasən baş nazir və parlament yürüdüb.

Bu xüsusda R.T.Ərdoğanı fərqləndirən cəhət odur ki, o baş nazir olanda da, parlament tərəfindən seçilən prezident (2014-2018) postunu tutanda da dövlətin 1-ci şəxsi, tək idarəçisi olub.

Türkiyə prezidentləri 2014-cü ilə (Abdulla Gül prezidentliyi dövrünə) qədər yalnız bir dəfə, 7 illik müddətə seçilə bilərdilər. 2014-cü ildən sonra bu səlahiyyət sürəsi 5 ilə endirildi, iki müddətə (toplamda 10 ilə) çatdırıldı.

Beləliklə, əminlikə demək olar ki, Türkiyə sultanlardan yaxa qurtarıb, prezidentlər, baş nazirlər, baş qərargah rəsiləri tərəfindən idarə olunduğu bu 100 ildə daima siyasi təlatümlər, gərginliklər, sosial sıxıntılar içində yaşayıb. Amma ümid var ki, son onilliklərdə siyasi məsələlərdə hərbçilərin rolunun azalması, peşəkar siyasi xadimlərin və iqtisadçıların dövlət başına keçməsi ilə, nəhayət, qardaş ölkə də layiq olduğu sabitliyə və rifaha qovuşacaq. Təmayül yaxşılığa doğrudur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

30 Sentyabr 2024

28 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024