Onlayn ictimai-siyasi qəzet
İranda qış da öz işini görür – etirazlar gah sönür, gah da közərir. Ona görə közərir deyirik ki, proses alovlanmaqdan çox uzaqdır və bir çoxunun fikrincə, etirazların piki arxada qalıb. Yüzlərlə insanın tələf olmasına, müxtəlif yarlıqlarla edam edilməsinə baxmayaraq, İran rejimi özünü hifz edə bildi. Odur ki, bir sıra təhlilçilər qış amilini ciddi qəbul etmirlər.
Həqiqətən də İran Arktika və yaxud da Antarktida deyil, heç Rusiyanın Saxa Respublikası da deyil (burada son günlər şaxta mənfi 70 dərəcəyə çatmışdı!).
Bu cərgədən olan siyasi təhlilçilər etirazların öz hədəflərinə çatmamasının səbəblərini başqa müstəvilərdə axtarırlar – məsələn, onlar təəssüflə Cənubi Azərbaycanın etiraz aksiylarında fəal iştirak etməməsini qeyd edirlər. Bu isə çox ciddi amil hesab olunur, çünki İranda həmişə deyiblər ki, Təbriz qalxmasa və etirazlara qoşulmasa, heç nə alınmaycaq.
Təhlilçilərin arasında nikbin insanlar da az deyil. Onlar belə hesab edirlər ki, İran rejimi son günlərini yaşayır və ABŞ, Avropa bunu istəsə də, istəməsə də, Tehran rejimi çökəcək.
Avropa və ABŞ demişkən, bu günlərdə belə xəbərlər yayıldı ki, Tehran Ukraynaya öz “hizbullah”çılarını göndərməyə hazırlaşır. Bundan əvvəl bu ölkə Moskvaya PUA-lar və ya dronlar vermişdi. Ümumiyyətlə isə, İran Rusiyaya Ukraynaya qarşı müharibədə dəstək verən azsaylı ölkələrdən biridir. Ona görə də “Hizbullah” məsələsi Qərb üçün İrandakı proseslərə müdaxilə etməkfən ötrü yeni ciddi əsas ola bilərdi. Əlbəttə, burada belə bir detalı unutmaq olmaz ki, İranın “Hizbullah” məsələsi Rusiya-Ukrayna savaşının üçüncü dünya müharibəsinə çevrilməsi yolunda mühüm addım ola bilərdi. Bəli, fərq etmir ki, bu, hansı formada olacaqdı – formal, ya da qeyri-formal şəklində, hibrid, ya da ki, klassik müharibə şəklində.
Əsas odur ki, İran çox tez səhv etdiyini anladı. Bu günlərdə rəsmi Tehran bəyan etdi ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımı, Luqanskı, Donetski bu ölkənin ayrılmaz hissəsi hesab edir.
Düşünürük ki, burada başqa amil də öz rolunu oynadı. Söhbət İslam inqilabı keşikçiləri korpusunun – SEPAH-ın Avropa Parlamenti tərəfindən terrorçu təşkilat kimi elan olunmasından və yaxud da buna hazırlıq görməsindən gedir. Bütün hallarda, Tehran geri çəkili, özü də çox ciddi şəkildə...
Bəs prosesin sonu necə görünür? Mümkündür ki, etiraz aksiyaları bir az səngisin.
Amma bu uzun müddət çəməyəcək. Birincisi, ona görə ki, bütün avtoritar rejimlərin bir gün sonu gəlir və İran rejimi də bu mənada istisna deyil.
İkincisi, Tehranın ölkədəki vəziyyəti düzəltmək imkanları xeyli məhduddur. İqtisadi sanksiyalar öz işini görür, ölkə iqtisadi cəhətdən artıq çökür.
Siyasi islahatlar üçün resurslar da çox azdır. Etirazlar neçə aydır ki, davam edir, beş yüzdən artıq insan həlak olub, onlarla adam edam edilib, amma rejim heç bir islahat aparmayıb, güzəştə getməyib.
Bundan sonra da getməyəcək, çünki dünyəvi dövlət səmtində atılan istənilən addım ruhanilərin hakimiyyətinin sonu deməkdir və onlar buna getməyəcəklər.
Odur ki, bir fikirlə razılaşmaq olar ki, Tehran rejimi həqiqətən də can verir, aqoniyadadır.
Bir daha deyirik ki, onun dirçəlməsi və özünə gəlməsi üçün heç bir resurs yoxdur– o, artıq dalandadır və dalana dirənib. Tehran rejimi bütün mənalarda iflasa oğrayıb və demək olar ki, bütün müttəfiqlərini itirib.
Bu günlərdə Ukraynanın ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi bəyanat belə ona yeni müttəfiq qazandırmayacaq, əksinə, Tehran Moskva kimi müttəfiqini itirəcək...
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
20 Avqust 2024
17 Avqust 2024
13 Avqust 2024
10 Avqust 2024
06 Avqust 2024
03 Avqust 2024
30 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ