İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda nə qədər erməni qaldı?

Onların sayı bizim üçün əsas deyil, Azərbaycanın elə öhdəliyi yoxdur ki, ərazimizdə filan qədər erməni yaşamalıdır, amma...

Belə görünür ki, hazırda DTX-nin təcridxanasında saxlanılan, uzun müddət qondarma “xarici işlər naziri” olmuş David Babayan “ermənilərin 99,9 faizi Azərbaycanın idarəçiliyi altında yaşamaq istəmir” dedikdə soydaşlarının əhval-ruhiyyəsini dəqiq ifadə edibmiş. Ermənilərin neçə gündür davam edən köçü və Xankəndini “söküb apardıqları” haqda videolar da təsdiq edir ki, bir çoxu Azərbaycan ərazisində yaşamamaq qərarı verib.

Nə qədər çalışsalar da, ermənilər bu könüllü köçü Azərbaycanın “diskriminasiya və ya deportasiya siyasəti” kimi leqallaşdıra bilməyəcəklər. Çünki dünyanın gözü qarşısında bir könüllü köç gedir, onları nə 1988-ci ildə Ermənistandan azərbaycanlıların qovulduğu kimi qovan var, nə döyüb şil-şüküt edən. “Biz Azərbaycanın yurisdiksiyası altında yaşamaq istəmirik” deyirlər. Bunun isə əlbəttə, ən müxtəlif səbəbləri var.

XANKENDİ YENİ.jpg (171 KB)

Bəziləri Qarabağa illər əvvəl qanunsuz köçürülüblər. Azərbaycan pasport-qeydiyyat rejimini bərpa edəndə məlum olacaqdı ki, onların bizim torpaqlarda məskunlaşması qanunsuz olub. Bəzilərinin əli azərbaycanlıların qanına batıb, azadlıqlarına təhlükə olacağından qorxaraq vaxt varkən qaçmağa üstünlük verdilər. Bir çoxları, xüsusilə yaşı 30-u haqlamışlar işğal illərində doğulublar, həyatlarında azərbaycanlı görməyiblər, onlar üçün yalnız ata-analarından eşitdikləri “qorxulu düşmən” obrazı var.

Onlar üçün burada qalıb həyatlarını davam etdirməyin heç bir mənası qalmır, üstəlik, başqa ölkələrdə “qaçqın kimi sığınacaq almaq” şansını əldən buraxmaq da istəmirlər. Yaşlı ermənilərə gəlincə, onlar ümumiyyətlə, daha çıxılmaz vəziyyətdədirlər. Əksəriyyəti Xankəndi də daxil olmaqla, azərbaycanlılarla qonşuluq, hətta dostluq ediblər, sonra araya iki Qarabağ müharibəsi girib. 35 illik qarşıdurma Qarabağda sona çatır, torpağın əzəli sahibləri bu gün olmasa da, sabah öz yurdlarına qayıdacaqlar. Erməni olsalar da, əvvəla, azərbaycanlılarla yenidən qarşılaşmağa üzləri yoxdur, üstəlik, bilmirlər ki, tökülən bu qədər qandan sonra həmin azərbaycanlıların, övladlarının onlara münasibəti necə olacaq. Ona görə yaşlılardan da əksəriyyəti getməyə sadəcə, məcburdurlar. Bir də gedənlər həyatlarını azərbaycanlılarla düşmənçiliyə həsr etmiş millətçi ermənilərdir. Bu savaşda da çoxsaylı itkilər veriblər. Onlar üçün Qarabağ uğrunda siyasi-hərbi mübarizə biabırçılıqla bitdi, imkanları olsaydı, əlbəttə, son damla qanlarına kimi müqavimət göstərərdilər, vuruşardılar. Amma Azərbaycan hakimiyyəti elə uğurlu siyasət, son olaraq isə 23 saat davam edən antiterror tədbiri həyata keçirdi ki, “qəhrəman kimi” ölə bilmədilər. Əlbəttə, belələri üçün də Azərbaycanın bayrağı altında yaşamaq ölüm hökmüdür və onların da rədd olub getməkdən başqa yolu qalmamışdı.

Qarabağda qalan ermənilər haqda hələ ki, dəqiq rəqəmlər yoxdur, amma köç prosesi sona yaxınlaşır. Guya 100 min erməninin Ermənistana getdiyi haqda deyilənlərə heç özləri də inanmırlar. Bu sayın şişirdilməsinin arxasındakı məqsədlərdən biri erməni lobbisindən, erməni dəstəkçisi ölkə və təşkilatlardan daha çox pul qoparmaqdır. Ermənilərin İkinci Qarabağ müharibəsindən sonrakı sayı maksimum 50 min civarında olub. 120 min uydurmasını Azərbaycana qarşı təbliğat üçün tirajlayırlar. Təxmini müşahidələrə görə, Laçın postunu 35 minə yaxın erməni keçib. Bu rəqəmdən yola çıxsaq, Qarabağda təxminən 15 min civarında erməninin qaldığını demək olar. Yəqin ki, gələn həftə bununla bağlı daha mötəbər rəqəmlər açıqlanacaq. Çünki Azərbaycan hakimiyyəti dəqiq bilməlidir ki, ərazisində nə qədər erməni yaşamağa qərar verib. Bundan sonra yəqin ki, müvafiq qərarlar elan olunacaq. Gələn həftə ilk dəfə Xankəndidə ermənilərlə görüş olmalıdır. O zamana kimi isə Xankəndidə qondarma quruma aid heç bir atribut qalmamalıdır.

ATRİBUT .png (1.28 MB)

Qarabağda qalmağa qərar verən ermənilər uduzmayacaq. Onların sayı bizim üçün əsas deyil, Azərbaycanın elə öhdəliyi yoxdur ki, Qarabağda filan qədər erməni yaşamalıdır. Xeyir ola? Ermənistanda bir azərbaycanlı yoxdur, biz niyə ermənilərin sayına görə narahat olmalıyıq. BMT-dən də araşdırma missiyası gəlir, onlar da yerində vəziyyəti öyrənəcəklər, ümid edək ki, hesabatları da obyektiv olacaq.

Azərbaycan hakimiyyəti Qarabağ ermənilərinin hüquqlarını qorumağa ən yüksək səviyyədə vəd verib. Dövlət erməni azlığın təhlükəsizliyini təmin etməklə bərabər, real reinteqrasiyası üçün tam hərəkətə keçib. Bəyan edilmiş planlar həyata keçirildikcə, ola bilsin ki, bu, gedənlər üçün müsbət nümunə olacaq, bəziləri geri qayıtmağa da cəhd edəcək. Rusiya sülhməramlıları da böyük ehtimalla 2025-ci ilin noyabrına qədər Qarabağda qala bilər. Bu da ermənilərin təhlükəsizliyi üçün onlara əlavə təminat kimi qiymətləndirilə bilər.

YARDIM SON.png (558 KB)

...Pisi odur ki, Qarabağda 35 illik qara səhifə bağlansa da, ermənilərin bizimlə düşmənçilikləri hələ davam edəcək. İndi revanşist ermənilərin başqa planları da olacaq. Xüsusən Qarabağı tərk edən millətçilər müxtəlif terror təşkilatlarında birləşə bilərlər. Onlar dünyanın hansı nöqtəsində olursa-olsun, azərbaycanlını hədəf seçmək, terror etmək üçün alışıb-yanacaqlar. Münaqişə bitsə də, düşmənçilik hələ uzun illər davam edəcək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Noyabr 2024

12 Noyabr 2024

17 Avqust 2024

27 Iyul 2024

21 Iyul 2024

30 Iyun 2024

21 Iyun 2024

16 Iyun 2024

14 Iyun 2024

08 Iyun 2024

28 May 2024

22 May 2024

19 May 2024

12 May 2024

10 May 2024

08 May 2024

03 May 2024

30 Aprel 2024

27 Aprel 2024

21 Aprel 2024

12 Aprel 2024

06 Aprel 2024

05 Aprel 2024

31 Mart 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024

23 Mart 2024

21 Mart 2024