İnsanlara hürriyət, millətlərə istiqlal!

Qanacağınız olsun, sahibin izni olmadan içəri keçməzlər, özü də TIR-la!

Xeyirli olsun, Xankəndi yolunda da polis postumuzu qurduq. Ağdamdan üzü Xankəndiyə yol asfaltlanır. Yəqin bir azdan hay dəstəsi bununla bağlı da şivənə başlayacaq: “qoymayın, genosid elədilər bizi!” Hələlik səsləri çıxmır, ara-sıra zingildəyənlər var. Bizim məşhur səhnəcikdəki kimi, yəqin indi haylardan kimsə digərini dümsükləyir ki, “ara, xodlan da, Roşka!”

Ardınca Amerikadakı, Avropadakı dəstəkçiləri də “xodlanacaq”. TIR şousunda da bunu gördük. Hələ davam edirlər bu teatrı. TIR-ları artırırlar, avtobusla yürüş planları da ortada. Dünyanın bir ağıllı mərkəzi, normal paytaxtından kimsə bunlara demir ki, adamlar, siz nə istəyirsiniz? Demirsinizmi, Xankəndidə kimsə acından ölür? Yaxşı, acından ölənə zəhər-zəqqum hardan göndərilir, sizə nə dəxli var? Amma yox, deməzlər, axı, əksəriyyəti bu məkrli planın arxasında dayananlardır. Görmədikmi, at ilxısı, köpək sürüsü kimi tökülüb gəldilər Həkəri tərəfə doğru düzülən TIR-ları tamaşa etməyə?

1691133307.6239.jpg (88 KB)

Elə onlardır “humanitar məsələlər və uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan” 15 ictimai və beynəlxalq təşkilatın nümayəndələrini də qızışdırıb Laçın yolu tərəfə göndərmək istəyənlər. Keçən dəfə bir dəstəni qabağına qatıb gətirən Ermənistan xarici işlər nazirinin müavini idi. Budəfəki başıpozuq dəstənin başında Ermənistanın əmək və sosial məsələlər nazirinin müavinini dayanacaq.

Avropa İttifaqının Ermənistanda post quran, ofis açan missionerləri də bu sarsaq iddialarda rol alırlar utanmazcasına. Proseslərin başında dayananlar utansaydılar barı...Bilirsiniz nəyə görə? Suriyada dəhşətli vətəndaş müharibəsi gedən zaman Avropa ölkələrinə üz tutan, xilas olmaqdan ötrü özünü dəryaların qoynuna atan insan selinə görə... Hələ demirik ki, elə ərəb ölkələrinə bu bəlaları gətirən həm də avropalı emissarlar oldular. Bu ölkələrin sərvətlərinə sahiblənməkdən ötrü planlar qurdular, tərəflərə silahlar ötürdülər, qırdılar bir-birinə insanları. Köməksiz halda olan, canını götürüb qaçmağa çalışanların isə sinəsindən geri itələdilər, “ölün, qalın bu cəhənnəmdə, siz yaşamaq haqqını çoxdan itirmisiniz”-deyə. O qədər insanları dalğalar uddu... Bir çoxlarını batırdılar.

aylan_kurdinin_fotografini_payla.jpg (37 KB)

Türkiyənin Bodrum şəhərindəki çimərliklərdən birində dalğaların sahilə çıxardığı və bütün dünyanın haqqında danışdığı 3 yaşlı Aylan Kurdini xatırlayırsınızmı? Yəqin Laçın sərhəd qapısına binoklla baxan, TIR şousunda rol alan, ermənilərin guya “humanitar fəlakərtlə” üzləşdiyini iddia edib, zəhlə aparan avropalı emissarlar xatılamaz belə qanqaraldıcı hadisələri. Dənizin soyuq dalğalarının sahilə çıxardığı Aylanın qatili həm də bu gün Azərbaycana qarşı saxta iddialar səsləndirən mərkəzlər idi. Od içində yanan ölkələrindən qaçarkən qayıqda 12 nəfərlə birgə batan Aylan və 5 yaşlı qardaşı Galip Kurdi kimi o qədər cocuqların ömrünü məhv etdilər ki...Miqrantların üzünə qapılarını qapatdılar, sərhədlərinə tikanlı məftillər çəkdilər, onlara atəş açdılar. O dönəmdə Türkiyə qucaq açdı 4 milyondan çox qaçqına, Avropa ərəb ölkələrinin yaşadığı humanitar fəlakəti görməzdən gəldi. Milyonlarla insan savaşın qurbanı oldu. Bu gün Avropa İttifaqı, Avropa Parlamenti, hətta BMT-nin Ədalət Məhkəməsi iş-gücünü atıb 30 min erməninin saxtakarlıqlarını tirajlayır. 30 il ərzində Azərbaycanın 1 milyon qaçqın-köçkününün fəlakətinə, yurdsuzluğuna biganə qalanlar 30 min erməni üçün çeşidli planlar qururlar, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının qarşısını alanlar həm də bu missionerlərdir!

tigran-abramyan-26-720x403.jpg (47 KB)

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb ki, “Azərbaycan Ağdam hissəsində yolun abadlaşdırılması və təchiz edilməsi istiqamətində fəal işləyir”. Bildirib ki, bu işlərə iyul ayında, Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasındakı danışıqlardan sonra başlanması diqqət çəkir. “Çox seçim yoxdur. Azərbaycan Ağdam-Xankəndi marşrutunun istismarına ya Ermənistan hakimiyyətinin dəstəyi və ya susması, ya da Ermənistanın özünü Qarabağla bağlı məsələlərdən kənarda qoyması nəticəsində aktivləşdirilməsinə razılıq verib. Ola bilsin ki, Xankəndidə bəzi adamların Ağdam-Xankəndi marşrutunun istismarı ilə bağlı ictimai bəyanatları da Azərbaycan üçün siqnal olub, lakin mənim anladığım qədər, Qarabağ erməniləri arasında çoxları bunu azərbaycanlaşma kimi qəbul edir və bu proses böyük etirazla üzləşir. Bütün hallarda Azərbaycan hansısa prosesə başlayır, bu da təbii ki, erməni maraqlarından irəli gəlmir”, - deyə Tiqran Abramyan bildirib.

Bunu erməni Tiqran deyir. Amma Avropa İttifaqının binokllu missionerləri hələ də Laçın qapımızı döyürlər. Adamın, ölkənin, həm də təşkilatın qanacağı olar, sahibinin izni olmadan onun mənzilinə keçməzlər, özü də TIR-la! Həm də misal var, məscidin qapısı açıqdır, bəs itin həyasına nə gəlib? Bəli, Laçın qapısı bağlı deyil, elə post qurulandan yüzlərlə erməni qanunlara əməl edərək hər iki tərəfə keçiblər, bunu özləri də etiraf edirlər. Amma nədənsə Avropa missionerlərinin binoklları Laçın qapısından keçənləri görmür, soyqırım törətdiyinə görə saxlanılan Vaqif Xaçatryan isə dərhal gözlərinə girir...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024