Onlayn ictimai-siyasi qəzet
İtalyan əsilli amerikalı yazıçı Mario Puzonun “IV Kennedi” adlı bir romanı var. Bu əsər yazıçının şah əsəri olsa da (fəqət kommersiya uğuru qazanmayıb), hamı onu “Xaç atası” romanının müəllifi, eyni adlı filmin ssenarist kimi tanıyır.
“IV Kennedi”nin şedevrliyi isə onun içindəki bir çox mətləblərin sonradan doğrulmasındadır. Puzo 33-34 il əvvəl yazdığı bu əsərdə sanki ABŞ-ın 2000-ci ildən sonrakı və bugünkü durumunu canlandırıb.
Əsərdə söhbət ABŞ prezidenti Frensis Kennedinin həyatından, iqtidar komandasından, terrorçuluğa qarşı mübarizəsindən, öz mənfəətlərini güdən və “dərin dövlət” statusuna yiyələnərək ölkəni idarə etməyə çalışan senatorlarla, maqnatlarla qarşıdurmasından gedir.
“Kennedi” obrazı uydurma personajdır. Yazıçı ABŞ-ın siyasi reallıqlarını canlandırarkən əsərini cazibədar etmək üçün belə bir fəndə əl atıb, əsərin baş qəhrəmanının məşhur Kennedilər nəslindən olduğunu “düzüb-qoşub”, onu “4-cü Kennedi” adlandırıb. (Məlum olduğu kimi, birinci Kennedi ABŞ-ın 34-cü prezidenti Con, ikinci ABŞ-ın sabiq baş prokuroru Robert, üçüncü isə senator Edvarddır).
“IV Kennedi” əsəri yazılanda dünya hələ Üsamə bin Laden adlı terrorçu tanımırdı, amma Puzonun əsərində söhbət bəzi ərəb ölkələrinin liderləri tərəfindən dəstəklənən müsəlman terrorçu Yarbildən gedir. Bəzi ərəb ölkələrinin liderləri tərəfindən dəstəklənən bin Laden 2001-ci ilin sentyabrında ABŞ təyyarələrinin qaçırılmasını, Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə və Pentaqonun binasını çırpılmasını təşkil etmişdisə, Yabril belə bir terror aktını 1990-cı ildən əvvəl edir, prezidentin qızının sərnişin olduğu təyyarəni bir ərəb ölkəsinə qaçırdır və orada qızı güllələyir.
Üsamə bin Ladenin törətdiyi terror aktlarının əsas məqsədi ABŞ-ı nüfuzdan, etibardan salmaq, dövləti sarsıtmaq və ərəb dünyasına qarşı tutduğu mövqeyə görə qisas almaq idisə, Yabrilin də məqsədi tam olaraq eynidir.
Bu hadisənin ABŞ-la ərəb ölkələri arasında münasibətləri, ticarəti zədələyəcəyini düşünən amerikalı senatorlar və maqnatlar birləşərək 4-cü Kennediyə qarşı impiçment davası açırlar. Məlum olduğu kimi, 2000-ci illərdə də ABŞ prezidenti Billi Klintonun başına bənzər hadisə gəlmişdi. O vaxt Klintonun bu qovğadan Yuqoslaviyanı bombardman etməklə çıxdığını iddia edirdilər. Sözü gedən əsərdə də Kennedi Nyu-Yorkda partladılan əldəqayırma bombaya görə canını impiçmentdən qurtarır və ərəb ölkəsini bombardman etdirərək terrorçu Yabrili onlardan alır.
Bəlkə də 11 sentyabr teraktına görə dünyada, xüsusilə ərəb dünyasında və Rusiyada ABŞ-ın özünün günahladırılması, bu müdhiş teraktın Ağ Ev tərəfindən törədildiyinin iddia olunmasına uyğun olaraq “IV Kennedi” əsərində də eyni iddialar var. Orada da Nyu-Yorkda əldəqayırma atom bombasının partladılacağından prezident administrasiyasının öncədən xəbərdar olduğu iddia edilir.
Əsərdə 100 yaşı tamam olan və hər işə qarışan, dövlət siyasətinə yön verən qocaman siyasətçi-milyarder personajı var. Bu gün ABŞ siyasətində həmin rolu 98 yaşlı Henri Kissincer oynayır.
Bunlardan başqa, “IV Kennedi”də gələcəkdə Ağ Evdə qaradərili prezidentin oturacağının da anonsu verilib. Ölkədə böyük nüfuza malik qaradərili möhtərəm din xadimi Foksuort prezident Kennedinin yaxın çevrəsinə daxil olan qaradərili məmur Oddblad Qreyə deyir ki, özünü sanballı aparsın, gələcəkdə Ağ Evin oval kabinetinə sahiblənmək perspektivi var. Bildiyimiz kimi, bu əsərin çap olunmasından 18 il sonra doğrudan da qaradərili Obama ABŞ prezidenti seçildi və Ağ Evə yerləşdi.
Kennedinin vitse-prezidenti ABŞ tarixində ilk olaraq bir qadındır – Elen Dyu Pre. Hazırda ABŞ-ın vitse-prezidenti tarixdə ilk dəfə olaraq qadındır – Kamala Harris.
Siyasi detektiv janrında yazılmış bu romanda müəllif ABŞ-ın siyasi isteblişmentini ideallaşdırmayıb, heç bir ağ və qara ləkənin üstündən keçməyib, hər şeyi necə var, eləcə də təsvir etməyə çalışıb.
Əsərdə ABŞ cəmiyyətinin var-dövlətə, hakimiyyətə, karyeraya necə qarşısıalınmaz ehtirasla can atdığı əla təsvir olunub. Əsərin bir qəhrəmanı o birinə deyir ki, bizim cəmiyyət, prinsipcə, sosial bərabərlik uğrunda mübarizə aparmır, sadəcə, hamı milyonçu olmaq istəyir.
1999-cu ildə vəfat etmiş Puzo sağ olsaydı, “IV Kennedi” əsərində sonradan baş verən hadisələri müşahidə edər, öz fəhminə mat qalardı.
Yazıçının fəhminə qalsa, gələn il Baydenin başına nəsə bir iş gəlməlidir və ABŞ-a Kamala Harris rəhbərlik etməlidir.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
16 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
09 Sentyabr 2024
07 Sentyabr 2024
05 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
24 Avqust 2024
23 Avqust 2024
21 Avqust 2024
19 Avqust 2024
17 Avqust 2024
15 Avqust 2024
14 Avqust 2024
13 Avqust 2024
12 Avqust 2024
10 Avqust 2024
08 Avqust 2024
06 Avqust 2024
04 Avqust 2024
02 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ