İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla Zelenskinin ortaq taleyi: ikisi də ölkəsini batırıb...

Azərbaycan rəhbərini Ukrayna prezidentinin Bakıya səfəri ilə “qorxutmaq” ən azı siyasi gerizəkalılıqdır ki, bu yerdə “yalan nə ayaq tutar, nə də yeriyər...”      

Ukrayna prezidenti Volodimir Zelenskinin martın əvvəlində Ermənistana gedəcəyi barədə xəbəri ilk olaraq Fransa mediası yayıb. Nə rəsmi İrəvan, nə Zelenskinin ofisi yayılan xəbəri təkzib edib. Belə görünür ki, xüsusilə İrəvan rəhbərliyi bu informasiya ətrafında spekulyasiyada maraqlıdır, öz ağıllarınca istəyirlər ki, Kremli bu “səfərin təzyiqi” altında saxlasınlar. 

Zelenskinin guya Azərbaycana  da səfər edəcəyi haqda  iddianın qaynağının da Fransa mediası olub-olmadığı bilinmir. Amma bu yalandan daha çox təxribata oxşadı.

Məqsəd də aydındır: Azərbaycanın bu münaqişə ilə bağlı neytral mövqeyinə xələl gətirmək, Qərb və Moskvadakı tərəfdaşları ilə münasibətləri gərginləşdirmək. Bu da Azərbaycanla münasbətləri pisləşmiş rəsmi Parisin maraqlarına uyğundur. Prezident İlham Əliyev müharibədən bəri Ukrayna lideri Zelenski ilə telefonla danışıb, bugünlərdə isə tərəflər arasında Münhendə geniş tərkibli görüş də olub. Yəni Azərbaycan rəhbərini Zelenskinin Bakıya səfəri ilə “qorxutmaq” ən azı siyasi gerizəkalılıqdır ki, bu yerdə “yalan nə ayaq tutar, nə də yeriyər...”    

c54af9c0365fbacc1bd719a26166f0d6.jpg (237 KB)  

Zelenski müharibənin davam etdiyi 24 ay ərazində bir çox ölkələrdə olub, parlamentlərdə çıxışlarlar edib. Amma postsovet ölkələrinə (Litva, Latviya və Estoniya istinasnadır) səfər etməyib ki, bunun da bir neçə səbəbi var. Əvvəla, Zelenski iki ildir ki, əslində ənənəvi dövlət səfərlərinə getmir. Kiyevə gələn xarici qonaqların səfərləri də rəsmi dövlət dəvəti sayılmaz. Zelenskinin və Kiyevə gələnlərin səfərləri birbaşa müharibə ilə bağlıdır. Ukrayna prezidenti getdiyi ölkələrdə alma-armud alış-verişindən danışmır, ancaq müharibə üçün maddi və ya silah-sursat yardımı istəyir. Həm də o ölkələrə gedir ki, onlar Ukrayna müharibəsində birmənalı Kiyevi dəstəkləyirlər, həm hərbi, həm maddi dəstək göstərmək imkanları var.  Keçmiş postsovet məkanındakı dövlətlər (bəlkə də Belarus istisna ola bilər) Ukraynanın ərazi bütövlüyünü şərtsiz dəstəkləyir, amma hərbi və diplomatik baxımdan daha çox  neytral və məsafəli mövqe sərgiləyir. Həm Mərkəzi Asiya, həm Cənubi Qafqaz dövlətlərinin bu mövqeyini Kiyev də anlayışla qarşılayır. 

Azərbaycan müharibə başlayandan bəri Ukraynaya humanitar yardımlar göndərir ki, hazırda da bu dəstək davam edir. Ermənistan Ukrayna müharibəsi başlayandan Kiyevə münasibətdə xüsusi fərqlənməyib. Hətta faktlar var ki, Ermənistan  müharibəyə dəstək verən bir çox Rusiya şirkətlərinin sanksiyalardan yayınmasına kömək edib. Ermənistanın bu vaxtadək Ukrayna xalqına hansısa  humanitar yardım göndərdiyi haqda ictimailəşmiş məlumat da yoxdur.  

akopyan.jpg (40 KB)

Nikol Paşinyan ötən ilin iyun ayında CNN telekanalına  müsahibəsində açıq şəkildə dedi ki, Ermənistan Rusiya-Ukrayna münaqişəsi məsələsində Rusiyanı dəstəkləmir.”Ukrayna ilə müharibədə biz Rusiyanın müttəfiqi deyilik. Və bizim bu müharibədən  narahatıq, çünki bu, bütün münasibətlərimizə birbaşa təsir edir” - Paşinyan bildirib. Sentyabr ayında isə Ermənistanın baş naziri həyat yoldaşı Anna Akopyanı Kiyevdə keçirilən “Birinci xanımlar və həyat yoldaşları” adlı tədbirə  göndərdi.  O zaman xəbər yayıldı ki, Ermənistan Rusiyanın Ukraynaya təcavüzündən sonra ilk dəfə Kiyevə humanitar yardım göndərib, yardımı isə  Kiyevə baş nazirin xanımı təhvil verib. 

Oktyabr ayında isə Nikol Paşinyan İspaniyanın Qranada şəhərində keçirilən tədbirdə ilk dəfə Zelenski ilə görüşdü.  Ayaqüstü görüşdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak etdi.  Bunun ardınca(gərək ki, oktyabrın 12-də) erməni baş nazir bu dəfə Avropa Parlamentinin tribunasında göründü, ad çəkməsə də, Rusiyanı Ermənistanda çevriliş hazırlamaqda ittiham etdi. Rusiya XİN bu dəfə qəzəbini gizlətmədi və TASS vasitəsilə  “Paşinyan Zelenskinin yolu ilə gedir” deyə, bəyanat yaydı.  Bəyanatda o da deyilirdi ki, “əgər Moldovanı 2 nömrəli Ukrayna saysaq, biz görürük ki, Ermənistanı necə 3 nömrəli Ukraynaya çevirməyə çalışırlar və Paşinyan Zelenskinin yolu ilə necə böyük addımlarla gedir”.

Erməni mediası yazır ki, hökumətdəki anti-Rusiya qüvvələri Zelenskinin mümkün səfəri ilə bağlı xəbərlərdən sevinirlər, hətta Ukrayna rəhbərinin gəlişinə nədənsə, böyük ümidlər bəsləyirlər. O da vurğulanır ki, Avropa və Amerika kuratorları belə bir səfərdən mənmnun qalacaqlar.  Bəzi teleqram kanalları isə Paşinyan hökumətini mümkün səfərlə bağlı ittiham edirlər. Onların da əsas “arqumenti” budur ki, rəsmi Kiyev  qondarma “Artsax”ın tarixin zibilliyinə atan Azərbaycanın ərazi bütövlüyünü  dəstəkləyiblər. Bunu sübut olaraq Ukrayada reklam lövhələrinə Ukrayna dövlət dilində  vurulmuş “Qarabağ Azərbaycandır” şüarlarını göstəriblər.

scale_1200.jpg (166 KB)

Zelenskiyə münasibətim bəllidir, o səbəbdən Bakıya gəlməməsinə üzülmürəm. “Ermənistana gedirsə, nəyə gedir” sualı haqda da ciddi düşünməyin tərəfdarı deyiləm. Fikrimcə, getməyəcək, çünki ermənilər hələ Qərbin tam etibarını qazanmayıblar. Zelenski Ermənistana gedərsə, bunun bir səbəbi və ya gözlə görünən nəticəsi olmalıdır. Ermənistanın təbii ki, Ukrayna prezidentinə süfrə aça bilər, Paşinyanla birgə konyak vurub stress ata bilərlər.  Zelenkiyə  verməyə başqa heç nə yoxdur, çünki ermənilərin  özünə indi həm pul, həm silah lazımdır. Zelenski ilə Paşinyanı isə birləşdirən ortaq taleləri var:  hər ikisi ölkəsini güdaza verib...     

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

16 Noyabr 2024

12 Noyabr 2024

17 Avqust 2024

27 Iyul 2024

21 Iyul 2024

30 Iyun 2024

21 Iyun 2024

16 Iyun 2024

14 Iyun 2024

08 Iyun 2024

28 May 2024

22 May 2024

19 May 2024

12 May 2024

10 May 2024

08 May 2024

03 May 2024

30 Aprel 2024

27 Aprel 2024

21 Aprel 2024

12 Aprel 2024

06 Aprel 2024

05 Aprel 2024

31 Mart 2024

29 Mart 2024

27 Mart 2024

24 Mart 2024

23 Mart 2024

21 Mart 2024