Onlayn ictimai-siyasi qəzet
44 günlük Qarabağ və 2022-ci ilin fevralından davam edən Ukrayna müharibəsi təkcə Qərblə Rusiya deyil, toplum arasında da uçurumu dərinləşdirib. Bu uçurum hətta o qədər dərinləşdi ki, kimisə adından imtina etdi, kimisi isə Rusiya qalib gələrsə, adını dəyişmək vədi verdi. Rusiyanın xeyrinə mövqe görəndə isə hər tərəfə “ay aman, filankəs Moskvanın mövqeyini müdafiə edir” harayı saldılar. Şəxsən mənim üçün bu cür mövqelər vız gəlir, çünki düşündüyünü yazmaqdan faydalı heç nə yoxdur.
Bizim yaşımız sovet sistemini mənimsəməyə yetmədi,18 yaşımızda dağıldı. İllərlə ən müxtəlif səviyyələrdə SSRİ-nin ideoloji təbliğatını aparanlar, Rusiyanın milis və ya KQB məktəblərində oxumuş adamların qəfil Qərb dəyərlərinin(nə qaldı ki, o dəyərlərdən), “Amerika ədalətinin” təbliğatçısına çevrilmələri təəccüblü deyil, əksinə, anlaşılandı. Dünya çox dəyişib. Özümdən misal gətirərəm, vaxtilə düşünürdüm ki, Amerika böyük güc olaraq hər zaman həqiqətin yanında yer almalıdır.
Amma bu illüziyalardan qurtulduğum onilliklər oldu, bəziləri isə- hansı ki, bir çoxunun keçmişi müxalifətlə sıx bağlı olub- hələ də Amerika xəyalları ilə yaşayırlar. Yaşasınlar, kimsə kimsəni mövqeyinə və ya tərəf seçiminə görə suçlaya bilməz. Amma baxırsan ki, Qərbin, Amerikanın məsələn, Ukraynada qanlı siyasətindən yazıb tənqid edəndə və ya Qarabağ məsələsində heç vaxt ədalətli olmadıqlarını yada salanda xətirlərini dəyir. Deyəndə ki, bu Amerika heç vaxt Qarabağda bizim maraqları güdməyib, orda-burda etiraz edirlər. Hətta elə zənn edirlər ki, bizə “Moskvadan tezis gəlib”. Bu adamlar sanki unudublar ki, 44 günlük müharibədə Qərb mediası-bir çoxu birbaşa ölkələrinin iqtidarlarının mövqelərini ifadə edirdilər-hər gün anti-Azərbaycan təbliğatı aparırdılar, Prezident İlham Əliyevi yolundan döndərmək üçün hədəf alırdılar. İstisna yalnız Türkiyə mediası idi. Rusiya televiziyaları da fərli deyildi, Solovyovun müəllifi olduğu proqramda erməniyanlılara daha çox efir verilirdi, amma yenə də dövlət televiziyasında balansı saxlamağa çalışırdılar ki...
Hər yerdə bu rəyi deyirəm ki, sülhməramlıların Qarabağa gəlişi və Ukrayna müharibəsi Azərbaycanda “Rusiyanı söymək brendi” yaratdı. Ağlı kəsən də, kəsməyən də qoşulub axına gedir. Azərbaycanda bir çox ekspertlər bu “brendi” hər gün əllərinə düşən fürsətdə efirə püskürdürlər. Bəziləri heç mövqelərin əsaslı izah edə də bilmirlər ki, niyə məsələn, Rusiya sülhməramlıların torpağımızda daha 5 il qalması təhlükəlidir. Rusiyanın siyasəti pisdir, bunu bildik. Amma donuza kiş-kiş etməklə darıdan çıxmaz. Necə edək ki, onların hələ burdan olmasını da fürsətə çevirək və sairə...
Əvəzində nə eşidirik- sosial şəbəkələrdə “layk” yarışı üçün yalançı hay-küy, pafos. Onların nə danışdıqlarına deyil, hərdən çıxışlarının altından yazılan şərhləri oxuyuram. Söyən də var, öyən də. Bu söyənlər hamısı iddia etdikləri kimi ruspərəstdirsə, ölkədə vəziyyət pisdir demək. Yox, öyənlər də hamısı Rusiyaya nifrətlə bəslənənlərdəndirsə, bu da yaxşı hal deyil. Azərbaycan ona görə multikultural dövlətdir ki, biz erməni xaric heç bir millətə nifrət bəsləmərik. Yapımız belədir...
Rusiya bütün irinli çibanların baisi ola bilər, onları da idarə edənlər hələ də beyinlərində peyinlənmiş imperiya keçmişlərindən qurtula bilmirlər. Amma Amerika da ondan fərli deyil ki...
Dəqiqləşməmiş məlumata görə, Qarabağdakı köçəri erməni quldurlarının lideri Araik Arutyunyan Xankəndidə iclas keçirərək, Bakı ilə dialoq bir şərtlə hazır olduqlarını bildirib. Erməni nəşri yazır ki, şərt guya Rusiyanın danışıqlarda vasitəçi olmasıdır. Erməni mediası onu da yazır ki, Vaşinqton “Qarabağ ermənilərini Azərbaycanla inteqrasiya etməyə sövq edir, ruslarla isə bundan qaçmaq olar”.
Bir daha o mövqeyimdə qalıram ki, ABŞ-ın Qarabağda və ya Ermənistan-Azərbaycan arasında sülh sazişi imzalatmaq şansı yoxdur. Bunu birilərinin dərk etməsi lazımdır, təftiş etməsi yox... Bunun səbəblərini bir daha xırdalamağa ehtiyac yoxdur. Ümumiyyətlə, 44 günlük müharibə ilə bağlı bəzi dövlət sirləri elə sirr olaraq qalmalıdır və Rusiya sülhməramlılarının Qarabağa yerləşməsi haqda razılaşma da bu kateqoriyaya aiddir. Biz bir çox şeyləri bilmirik, amma lazım olan şəxslər bilir, hər şey də onlar arasında razılaşdırılır. Ona görə də özümüzü yormağın da faydası yoxdur, sülhməramlılları gətirən, onlara buradan “evinizə dönün” deməyin zamanını da bilir... Üstəlik, Rusiya qoşunun qalması da, getməsi də, Amerikanın vasitəçiliyinin haradək mümkün olmasını da, Brüssel formatını da və sairəni də...
O ki qaldı Araikin təklifinə, Rusiya zatən bu danışıqlarda vasitəçi kimi iştirak edib. Amma Araik düşünürsə ki, Rusiya generalı və ya Ağ Evin hansısa məmuru gəlib onunla Bakıda Prezident Administrasiyasındakı görüşdə iştirakçı olacaq, o mümkün olası iş deyil...
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ