Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə Rusiya prezidenti Vladimir Putinin atəşkəs elan etmək istəməsi haqqında xəbəri eşidəndə buna elə də təəccüblənmədik. Beş ay keçibdir və bu müddət ərzində ruslar yalnız Luqanskı götürə bilıblər. Amma onların hətta bu “qələbəsi”lə bağlı da bəzi məqamlar var.
Birincisi, Ukraynanın hərbi elitasının dediklərinə görə, onlar öz əsgərlərinin həyatı ilə risk etmək istəməyiblər, çünki qarşıda onları daha ciddi əməliyyatlar gözləyir.
İkincisi, Şərqi Ukrayna uğrunda müharibə əslində 2014-cü ildən başlayıb və səkkiz il ərzində ruslar nəhayət ki, Luqansk üzərində öz nəzarətlərini təmin edə biliblər.
İndi hamı avqustu gözləyir. Ona görə ki, Ukrayna hərbçiləri avqustda Moskvaya qarşı ciddi müqavimətin başlayacağını deyirlər. Bu müddət ərzində Ukrayna ordusu müasir silahlarla təmin olunacaq. Ümid edək ki, avqustda Rusiya ordusu haqdakı mif tamam dağılacaq.
Əslində ruslar heç bir vaxt incə müharibə ssenariləri tətbiq edə bilməyiblər. Yüz illərlə monqol-tatar işğalı altında olublar. Hətta Napoleon işğalı vaxtı ciddi bir müqavimətləri olmayıb. Rusiyanın üstünlükləri həmişə uzun cəbhə xətti və sərt iqlim olub. Napoleon Rusiya ilə müharibədən qayıtdıqdan sonra hesabatlarında yazmışdı ki, mən Rusiyaya şaxta ilə yox, ordu ilə vuruşmağa getmişdim...
Elə sonrakı dövrlərdə də elə bir öyünüləsi müharibəsi olmamışdı Rusiyanın. Hətta Böyük Vətən müharibəsi zamanı uğurlarının çoxu böyük itkilər hesabına başa gəlmişdi. Cəbhə xətti uzandıqca rəqibin hücum imkanları çətinləşir. Vaxt uzandıqca isə onun imkanları bir az da məhdudlaşır və biz hələ sərt rus şaxtasını demirik...
Bəs Ukrayna müharibəsi haqqında konkret nə demək olar? Kiyev bu müharibəni uda bilərmi? Yada salanda ki, kiçik Çeçenistan Rusiyanın hərb maşınını az qala, tamam sındırmışdı, düşünürsən ki, elə Kiyev də bunu bacara bilər. Ukraynalılar hərb sahəsində təcrübəsiz xalq deyilllər.
Bəli, sovetlərin vaxtında bir neçə müdafiə naziri ukraynalı olubdur. Burada sovet hərb sənayesinin böyük zavodları cəmləşibdir. Bir sözlə, Rusiyanın qarşısında duruş gətirmək üçün Kiyevin hər cür imkanları var.
Çətinlik ondadır ki, ruslar daha çox raket hücumları tətbiq edirlər. Buna qarşı ukraynalıların hava hücumundan müdafiə qoşunları olmalıdır. Gəl, onlar elə də çox deyil. Avropa ölkələri nədənsə Ukrayna üzərində dəmir qübbə təmin etməyə elə də tələsmirlər. Amma ki, ən yeni hərbi yardımda hava hücumundan müdafiə sistemləri də nəzərdə tutulubdur...
Rusiya-Ukrayna müharibəsindən çox şey asılı olacaq. Bu müharibə bitməmiş Kreml Mərkəzi Asiyanı qarışdırmağa çalışır. İsveç və Finlandiyanın NATO-ya üzv olmasına Moskvanın münasibəti göstərdi ki, Kremlin iddiaları postsovet ölkələri ilə bağlıdır. Ona görə də Kiyevin bu müharibədə qələbəsi hava və su kimi lazımdır. Belə bir məsəl var ki, iştah yemək vaxtı gəlir. Ona görə də bu savaşda Rusiya qalib gəlsə, onu dayandırmaq mümkün olmayacaq. Amma bizə elə gəlir ki, Rusiyanın qələbəsi mümkünsüzdür. Ukrayna ilə savaş Rusiya üçün böyük bataqlıq olacaq. Hər halda, başqa bir ssenari görünmür...
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
20 Avqust 2024
17 Avqust 2024
13 Avqust 2024
10 Avqust 2024
06 Avqust 2024
03 Avqust 2024
30 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ