İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnı, yoxsa Priqojin – hansı Rusiya üçün daha təhlükəlidir?

Bəlli olduğu kimi, bumeranqın geriyə qayıtmaq xüsusiyyəti vardır. Bəlkə də buna görədir ki, qonşu Rusiyada qiyamçı Yevgeni Priqojin ətrafındakı müzakirələr bitib-tükənmək bilmir.

Əlbəttə, hazırda Rusiyada Priqojin hansısa real təhlükə kəsb etmir – deyilənə görə, “Vaqner” bir hərbi təşkilat kimi buraxılıb, onun rəhbəri Priqojinin isə sorağı gah Belarusdan, gah da Petroqraddan gəlir.
Amma Rusiya ikinci ildir ki, müharibə aparır, özü də çox uğursuz və sonu görünməyən bir müharibə. Odur, təminat yoxdur ki, növbəti hərbi qiyam olamayacaqdır. Hər an hansısa hərbi qurum Rusiya müdafiə nazirliyindən, Ukraynada “xüsusi əməliyyatları” həyata keçirən strukturlardan, ən əsası da ölkə rəhbərliyindən narazı qala bilər və bu, növbəti hərbi qiyama yol açar.

Məsələnin qəlizliyi həm də ondadır ki, Rusiyada hakimiyyət dəyişikliyinin digər üsulları demək olar ki, qapanıb – ölkəsdə siyasi müxalifət, yeni hakimiyyətləri formalaşdıran siyasi prosedurlar yox dərəcəsindədir. Son dövrlərdə real müxalifət Aleksey Navalnıy idi, amma o, bir neçə ildir ki, həbsdədir – Rusiya rəhbərliyi onu neytrallaşdırmağın digər yolunu tapa bilmədi. Növbəti ildə Rusiyada prezident seçkiləri keçirələcək. Ona bir ildən bir az vaxt qalıb, amma hazırda bu haqda demək olar ki, heç kim danışmır.

Sual oluna bilər ki, insanlar, sıravi seçicilər nə düşünür? Təəssüf ki, bu haqda hər hansı bir ciddi sorğu yoxdur, çünki sorğu səsvermədən daha təhlükəli məşğuliyyətdir, insanlar nə düşündüklərini açıq deyə bilmirlər.

Amma “Vaqner”in qiyamı zamanı onlar etiraz üçün küçələrə axışmadılar, əksinə muzdlu hərbiçilərlə şəkil çəkdirdilər. Bu o deməkdir ki, əhali heç də Putindən razı deyil, onların böyük əksəriyyəti Ukraynada aparılan “xüsusi əməliyyatlara” dəstək vermir, bütün mümkün üsullarla hərbi səfərbərlikdən yayınmağa çalışırlar. Başqa cür ola da bilməz, iki illik mühüribə zamanı yüz minlərlə rusiyalı həlak olub, insanlar Vladimir Putinin geosiyasi və hərbi avantüraları naminə özləri ölmək, uşaqlarını tələf etmək istəmirlər.
Bir sözlə, Rusiya hal-hazırda müəmmalar ölkəsidir, heç kim sabah nə olacağını bilmir. O ki qaldı bu ölkə üçün kimin daha təhlükəli olmasına, Navalnıy Putin və onun siyasi sistemi üçün təhlükə idi, məhz buna görə də bu adam heç bir günahı olmadığı halda həbsdədir. Amma Rusiya üçün daha böyük təhlükə mümkün hərbi qiyamlardır, ona görə ki, onlar vətəndaş müharibələrinin başlanğıcı ola bilər.

Xüsusən də unutmaq lazım deyil ki, sovetlərin çökməsinin əsas səbəbi Əfqanıstandakı müharibə oldu. Ukraynadakı müharibə ondan heç nə ilə fərqlənmir. Əksinə, bəlkə də Ukraynaya daha böyük siyasi, geosiyasi və hərbi dəstək var. Bu həftə NATO-nun Vilnüsdə daha bir sammiti keçiriləcək və artıq irəlicədən bəyan olunub ki, Ukrayna bu sammitdən sonra daha güclü olacaq. Bir sözlə, Qərblə Rusiya arasında böyük savaş gedir və bu savaşda təkcə ukraynalılar ölmür, həm də rusiyalılar ölür. O səbəbdən də bu müharibə bir gün rusiyalıları bezdirə bilər. O halda Putin üçün çox çətin olacaq. Siyasi müxalifət olmadığına görə, onları təmsil edən insanlar həbsdə olduqların görə daxili siyasi məsələlər hərbi yolla həll oluna bilər. Bu isə yaxşı heç nə vəd etmir. Ona görə də bir sıra təhlilçilər maraqlı analogiyalar aparırlar. Onlar deyirlər ki, Rusiyada bir kabus, bəli, “Priqojin kabusu” dolaşmaqdadır. Amma bizə elə gəlir ki, Kreml bu məsələni həll edəcək. Odur ki, “Rusiyada qiyam kabusu dolaşır” demək daha düzgün olardı, çünki artıq presedent var və qalır onun sadəcə, təkrarı...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024