Onlayn ictimai-siyasi qəzet
Martın 16-da Krımın rəsmi ilhaqının(işğalının) 10 ili tamam oldu. Ukrayna bu tarixi qara təqvim günü kimi qeyd edir, ruslar isə əksinə bayram kimi. Tanış mənzəridir: biz də torpaqlarımızın işğal günlərini hüznlə, ermənilər isə Şuşada yeyib-içməklə qeyd edərdilər...
Rusiya 10 il əvvəl bir güllə atmadan- “referndumla” bu ilhaqı rəsmiləşdirdi. 2014-cü ildə Ukraynada başlamış “Avromaydan” hərəkatının bu ölkəyə belə necə ağır itkilərə səbəb olacağını kimsə ağlına gətirməzdi. Ukrayna müstəqillikdən sonra da Rusiyanın az qala “arxa baxçası” idi- hakimiyyət, ordu, kəşfiyyat hamısı Moskvanın nəzarətində idi. O səbəbdən Krım işğal olunanda “hanı bu ölkənin topu-topxanası ki, bir güllə atmadan ərazilərini Rusiyaya “birləşməsinə” imkan verdilər” yazmağım bəlkə də emosional mövqe idi. Krım ilhaq olunanda, ölkənin şərqində separatçı qondarma qurumlar yaradılanda Ukrayna həqiqətən də müqavimət təşkil edə bilmədi.
Rusiyanın 2014-cü ilin 16 martında niyə tez-tələsik “referendum”la Krımı ilhaq etdiyi hamının yadındadır. “NATO qoşunları bu gün-sabah Krımda olacaq” deyən Qərbin hərbi-siyasi gücləri Rusiyanı sərt qərarlar verməyə sövq etdi. Yalanı yoxdur, doğrusu da odur ki, vaxtilə kommunist Azərbaycan Dağlıq Qarabağda milli siyasətdə hansı səhvlər etmişdirsə, Ukraynada yeni hakimiyyətə gələnlər eyni səhvləri Krımda da etdilər. Ən əsası yarmadanın tarxi sakinlərinə, başları müsibətlər çəkmiş tatarlara güvənmədilər, yarımadada onların sayının artmasına guya “separatçılıq təhlükəsini önləmək” üçün maneə yaratdılar. Ukrayna hakimiyyətlərinin xüsusilə son 20 ildəki yanlış milli siyasəti sayəsində Krımın ilhaqı belə qan-qadasız, asanlıqla gerçəkləşdi.
Yenə o fikirdəyəm ki, Ukrayna Qərbə doğru getməklə heç nə qazanmadı, əksinə itirməkdə davam edir. Əslində bu elə Qərbin planı idi, Ukrayna xalqına guya canlarımı yanırdı? Ukrayna və Rusiyanı düşmən etməklə Şərqi Avropada gələcəkdə mümkün ola bilən böyük slavyan birliyinin qarşısını aldılar. Ukrayna zəlil, əhalisi qaçqın oldu. İndi eyni ssnerani axmaq Ermənistan hakimiyyəti üzərtində də qurlur. Ukraynaya 10 il əvvəl verilən Avropa Biriyinə üzvlük sözü, söz olaraq qalıb, NATO-ya üzvlük yalanı da eləcə. “Göy muncuq” almaq sırası indi Ermənistana çatıb. Ermənistanı silahlandırırlar, yenə hansısa vədlər verirlər, sabah isə NATO-nun baş katibi bölgəyə gəlir, İrəvana da gedəcək. Allah bilir, bağlı qapılar arxasında nə vədlər veriləcək, nə planlar qurulacaq... Bu yaxınlarda həmkarlara bu mövzuda söhbətimizdə də dedim ki, Ermənistan NATO üzvü olsa, Azərbaycan məsələn, Rusiya kimi ağrılı reaksiya verə bilərmi? Yəni bizmiz planımız nədir, sərhədlərin müəyyənləşməsi məsələn, Ermənistanın NATO üzvlüyündən sonraya qalsa, nə olacaq və sairə...
Rusiya işğalçıdır. Ukrayna nümunəsi bunun təsdiqidir. Amma Qərb də nə ondan yönlüdür, nə ağıllı. Məgər İraq işğal deyildi? Əfqanıstan işğal deyildi? Fransanın Afrikadakı törətdikləri necə? ABŞ prezidenti dünən Putini bandit adlandırıb. Bandit e... Yəni bandit pis söz deyil, işğalçı mənasında heç deyil...
Kimin gücü varsa, o haqlıdır, dünyanın düzəni bu. Ədalətlidirmi? Əlbəttə, heç deyil! Amma şərtləri biz diktə etmirik. Çalışaq ki, dövlətimiz güclü olsun...
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ