Onlayn ictimai-siyasi qəzet
Bir neçə il əvvəl Şuşa tərəfə gedib, övladlarını böyütmək üçün iş istəyən erməni qadını Qarabağdakı xunta rejiminin cani nümayəndələri geri qaytarmışdılar, girovluqdan qaçan şəxs sayağı davranmışdılar onunla. Sonradan gizli yollarla Azərbaycan hərbçilərinə sığınıb onlardan yemək, siqaret istəyən, sovqatla geri qaytarılan mülki ermənilərin də başı az ağrımamışdı. Qondarma rejimin təmsilçiləri reinteqrasiyanın qarşısını almaqdan ötrü maksimum çalışırdılar ki, ermənilər Azərbaycan dövlətinin nümayəndələrinə yaxınlaşa bilməsinlər. Amma qanmadılar ki, “örkən nə qədər uzun olsa, gəlib doğanaqdan keçər”.
Budur, ilk “doğanaq” rolunu Laçın sərhəd buraxılış məntəqəsi oynadı və Ruben Vardanyan məntəqədən maneəsiz keçən erməni çobanın qoyunlarına qarışıb, Gorus tərəfə adlamaq istəyəndə qol-boyun edildi, əlləri qandallı Bakıya gətirildi. İndi DTX-da gözləri dolmuş halda, etiraflar edir…
Onun başına gələnlərdən bir gün sonra separatçıların “müşaviri” David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olmaqdan ötrü 10 km-likdəki Şuşaya getdi! Bəli, iki il əvvəl sadə ermənini Şuşaya getməyə qoymurdular, indi özləri xilas yolunu anlayıblar. Amma çox gec qandılar, bu addımı 2020-ci ilin noyabrında atsaydılar, ağ bayraq qaldırsaydılar, nə Azərbaycan bu qədər şəhidlər verərdi, nə son antiterror tədbirinə əl atılardı, nə də ermənilərin ətrafında oyunbaz dünya gücləri tamaşalar hazırlayardılar. Heç Ruben Vardanyan da bu gün DTX-da gözləri bərəlmiş vəziyyətdə qalmazdı. Mülki ermənilərin başına açılan oyunların təqsirkarları da məhz xunta rejiminin başında duranlardır. Laçın yolu ilə üzü Ermənistana gedən, amma niyə, hara, nə üçün getdiyini belə bilməyən, sadəcə azərbaycanca “bizə dedilər get” söyləyən bədbəxt mülki ermənilərin də bir çoxunun həyatını məhv etdi bu, cinayətkar rejim. Hamısı etiraf edir ki, onların 35 il əvvələdək azərbaycanlılarla heç bir problem olmayıb, dostları var, bu qədər qanlarda sonar da Azərbaycandan kimsə onlara “Qarabağı tərk edin”-demir. Onları bu ərazidən qovan 35 il ərzində girov saxladıqlarıdır – cinayətkar rejimin rəhbərləri, qanunsuz hərbi birləşmələr, terrorçular! Son “güllələrini atırlar”, mülki əhalinin kütləvi köçünü təşkil etməklə, “türklər size qıracaq”, xofu aşılamaqla dünyanı Azərbaycanın üstünə qaldırmaq, nəticədə xilas olmaq istəyirdilər, bu da alınmadı!
Və…9 sentyabrda cinayətkar rejimin başına keçən, saxta “parlament”də oyuncaq “prezident” elan olunan Samvel Şahramanyan “fərman” imzaladı, xunta rejiminin özünü buraxması ilə bağlı! Düzdür, bu saxta kağız parçasında da başından böyük səhvlərə yol verib, “Dağlıq Qarabağ”, “konstitusiya”, “artsax”, “respublika”. Amma istənilən halda bu, sarsaq rejim xülyasında olanların özlərinin bu oyununun bitdiyini etiraf etməsidir. Həm də gələcəkdə xaricdəki separatçı tör-töküntülər hansısa “mühacir” oyuncaq elan edə bilməzlər daha bundan sonar. Axı, hələ də ermənilərin separatizmindən öz maraqları üçün istifadə etmək istəyən çevrələr, makronlar, Qarabağa “beynəlxalq missiya” göndərmək istəyən oyunbazlar var. Bu mənada başının üstündə Azərbaycanın Dəmir Yumruğu olan Şahramanyan onların da planlarını pozmuş oldu.
Azərbaycan polisi artıq Xankəndinin mərkəzində asayişi təmin edir. Bəli, polisi! Bu, Xankəndi məsələsinin Azərbaycanın daxili işi olduğunu nümayiş etdirən hadisədir – Daxili İşlər Nazirliyinin əməkdaşları artıq xidmət yerindədirlər!
Xəbərə diqqət edin: Şahramanyanın “fərman”ından sonra Qarabağın erməni əsilli sakinləri qondarma rejimin ləğvində iştirak edənlərə çağırış edib. Çağırışda bildirilir ki, “artsax respublikası”nın ləğvində iştirak edənlərin hamısı özünü güllələməlidir: “Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, Nikol Paşinyan, Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Samvel Şahramanyan və “Artsax Respublikası”nın ləğvində iştirak edənlərin hamısı bu gün özünüzü güllələsin!” Bax, belə! Girovluqda çürümüş ermənilər bu gün onların həyatını məhv etmiş xunta rejiminə belə güzəştə getmək istəmir, onları özlərini güllələməyə çağırır! Kişilikləri çatırsa, on illərlə guya “hüquqlarını qorumaq” istədiklərinin səsini, çağırışını eşidərlər!
Bəlkə də bir neçə saatdan sonra Xankəndinin mərkəzində, elə separatçıların oyuncaq “parlamenti”, yaxud “president aparatı”nın binası üzərində polislərimiz Azərbaycanın üçrəngli bayrağını qaldıracaqlar, xalqımıza müjdə verəcəklər! Tariximizin növbəti təqvim günü Zəfər rəngi ilə boyanacaq! 250 illik məğlubiyyətlər seriyasına son qoyan Prezident İlham Əliyev 28 may 2023-cü ildə, Laçın şəhərinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümündə nə demişdi? Xatırladaq: “Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
İlham Əliyev “Miatsum” kitabı bağlandı” dediyi gün gərək Araik Arutyunyan xunta rejiminin buraxıldığını elan edəydi, daha “istefa” oyunu qurub, Şahramanyanı oyuncağın başına gətirməyəydilər. Şahramanyan Xocalıdakı ilk görüşdə Azərbaycan nümayəndələri ilə üz-üzə oturmaq şansı qazanmışdı, bəlkə də o gedişlə Xankəndi bələdiyyəsinin sədri olmaq şansı qazanacaqdı. Amma 19 günlük “prezident” elə gülünc günə qaldı ki, Xocalıdakı ikinci görüşdə qapı arxasında qoyuldu. Amnistiya şansından, Azərbaycanda yaşamaq hüququndan nə qədər erməi məhrum oldu, xəbərdarlıqları eşitmədiyi üçün. Qulaqlarında sırğa eləsinlər, Azərbaycan dövləti, Prezidenti, Xalqı, Ordusunun heysiyyatına toxunmağın axırı yaxşı olmur və bundan sonra da yaxşı olmayacaq!
Hələ Prezident Əliyevin bir çox dedikləri, xəbərdarlıq və mesajları var. Onlar da ya olacaq, ya da olacaq!!!
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ